"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və idarə heyəti Şəhid Heydərov Əli Vaqif oğlunun Mövludunda iştirak ediblər

Tədbirdə iştirak edən QHT nümayəndələri, şəhid ailələri, qazilər və şəhidin dostları ailəyə mənəvi dəstək göstərib, şəhidin ruhuna dualar oxunub. 
Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı Əli Heydərovun Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı cənab Prezident Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını layiqincə yerinə yetirməsindən və düşmən üzərində qələbəsindən söz açıb. Birlik tərəfindən təsis olunan "Zəfər Diplomu" şəhidin anasına təqdim olunub. Şəhid Əlinin yaxın dostu, qazi  Səbuhi Əliyevdə "Zəfər Diplomu" ilə təltif edilib. Onlara Birliyin üzvlük vəsiqələri təqdim olunub.
Allah rəhmət eləsin!

Fərid Səfərov
Birliyin mətbuat katibi