Xanım məmur yüksək vəzifəyə təyin edildi
06-fev, 10:41 8 Gündəm / SiyasətMingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.
O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.
Xatırladaq ki, M.Cavadova bu təyinadək başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən həmin vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində sözügedən vəzifə ləğv edilib.
***
İqtisadiyyat.az-ın məlumatına görə, Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılaraq 4-dən 3-ə endirilib.





