Xocalı xalqımızın tarixində qanla yazılmış ən müdhiş səhifələrdən biridir
24-fev, 11:20 150 Gündəm / CəmiyyətAzərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani vəhşilikləri ilə bəşər tarixində misilsiz vandalizmdir. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçilərinin iştirakı ilə 7 min nəfərlik əhalisi olan Xocalı şəhərində qanlı soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı soydaşlarımızdan 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdü ki, onların 150-nin taleyi hələ də məlum deyil.
Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər həyata keçirərək, onların başlarının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Xocalının neçə-neçə qeyrətli oğulları ermənilərin murdar qəbirləri üstündə vəhşicəsinə qətlə yetirilmişdi. Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətləri deməyə qələm də acizdir. Xocalı bir gecənin içində adı dildə qalan, özü yalan olan Xocalıya çevrildi. Azərbaycan xalqı heç vaxt və heç zaman Xocalı soyqırımını unutmayacaqdır. Ermənilər öz bədnam hərəkətləri ilə tarixidən tanıdığımız ən qəddar faşist zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər özlərini məzlum xalq kimi tanıdan ermənilərin xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.
Yeri, yurdu olmayan, kökü bu günə kimi bəlli olmayan, süfrəmizin artığı, torpağımızın bərəkəti, suyu ilə böyüyən "gör qonşularımızı" biz niyə tanımamışdıq? Çünki bizim damarlarımızda axan qan azərbaycanlı qanıdır. Bu qan bizə insanlığı öyrədib. Biz böyük olmuşuq, bu gün də böyüklüyümüzü saxlayırıq, sabah da böyük olaraq qalacağıq. Biz tarixi ədalətin bərpa edilməsi, işğal və soyqırım siyasəti yürüdənlərin beynəlxalq ictimaiyyət qarşısında cavab verməsini istəyirik!
Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə kədərli bir abidə ucalıb. Burada arzuları gözündə qalan, balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu, ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir. Qəhrəman xalqımız tarixin bütün dövrlərində dədə-baba torpaqlarımıza göz dikənlərə qarşı daim mübarizə aparmış, heç kimə boyun əyməyib. Qədim və mübariz xalqımızın sələfləri olan xocalılar da düşmənə layiqli müqavimət göstərdilər, onlar şəhid oldular, amma yenllmədilər. Bu gün qürur hissi ilə deyə bilərik ki, artıq ərazi bütövlüyümüz bərpa olunub, işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb. Xocalı şəhidlərinin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.
Əhməd Əhmədzadə
Azərbaycan Respublikasının Baş Nazirinin müşaviri