Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlər ərzində ədliyyə sahəsi daim diqqət və qayğı ilə əhatə olunmuşdur
28-fev, 09:30 149 GündəmBütün ömrünü xalqına həsr edən ümummilli liderimizin fəth etdiyi ali zirvə Tanrı ucalığıdır. Tanrı Heydər Əliyevi Azərbaycan xalqı üçün xilaskar kimi bəxş etmişdi. O, ömrünün bütün diqqət və qayğısını respublikamızın inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına yönəltdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, xalqımızın müstəqil dövlətçilik arzularını reallığa çevirmişdir. Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabitliyin yaranması, milli-mənəvi yüksəlişə, sosial-iqtisadi inkişafa nail olunması ulu öndərin adı ilə bağlıdır. Azərbaycan xalqının böyük oğlu, bəşər tarixində silinməz izlər qoymuş Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri hər birimizə yaxşı məlumdur.
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndərin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2023-cü il müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq ölkəmizdə "Heydər Əliyev ili" elan olunmuşdur. Azərbaycan ədliyyəsinin şanlı tarixi və inkişaf yolu Ulu öndərin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan respublikasına rəhbərlik etdiyi bütün dövrlər ərzində ədliyyə sahəsi daim diqqət və qayğısı ilə əhatə olunmuşdur. Azərbaycan ədliyyəsinin davamlı fəaliyyətini təmin olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSRİ Ali Sovetinin qərarı ilə təsis olunan Ədliyyə Nazirliyinin fəaliyyəti həmin dövrdə təkmilləşəeək onun gələcək inkişafı üçün əlverişli zəmin yaradıb.
Ulu öndər Heydər Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə söykənən ədliyyə sahəsində mühüm nailiyyətlər əldə olundu. Dövlət müstəqilliyimizin bərpasından sonra da Ədliyyə Nazirliyi Ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ümummilli liderin qayğısı ilə aparılan köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti təkmilləşib. Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsində göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918:cimildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü-22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü təsis edilib. Noyabrın 22-də isə onun ilk əsasnaməsi təsdiq olunmuşdur. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə bu tarixi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.
Ölkəmizdə ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması da ümummilli liderimizin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminin inkişafına xüsusi diqqət göstərmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq dövrü məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada Heydər Əliyev dühası hiss olunmasın. Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz əməlləri, ölməz idyeları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq, daim xatırlanacaq. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq.
Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur. Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ədliyyə sistemində də fəaliyyətinum yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilib. Ulu öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ədliyyə işçiləri olaraq hər birimiz üçün hədsiz sevinclə qarşılandı. Dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyini ədliyyə işçiləri kimi hər birimiz hörmətlə və və böyük ehtiramla yad edəcəyik. Ədliyyə sahəsinin əməkdaşı olaraq hər birimiz ümummilli liderimiz, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacayıq. Ümummilli lider Heydər Əliyevin ən böyük fəxriz qüruru onun yaratdıqları, gördüyü işlərlə doğma xalqının qəlbini fəth etməsi idi. Bu fəthitlə o, xalqının qəlbində əbədi yaşayacaq-bugünkü nəslin də, gələcək nəslin də.
Rəna Axundova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi