Xilasedicimiz ayağının sınmasına baxmayaraq Türkiyədə zəlzələ bölgəsini tərk etməyib

Türkiyənin zəlzələlər baş verən bölgələrinə Azərbaycandan gedən 750 nəfər axtarış-xilasetmə və səhiyyə qruplarından 236 nəfər Adanadan Vətənə yola salınıb.
Axtarış-xilasetmə əməliyyatlarına qatılan xilasedicilərimizdən biri Əliyev Nurun ayağına beton plitə düşüb. O, xəstəxanaya getməyib, oradakı səhiyyə qruplarının müdaxiləsi ilə ayağına gips qoyulub və axtarış-xilasetmə işləri bitənə qədər dağıntılar olan bölgəni tərk etməyib.
Adana valisi Süleyman Elman yaralı xilasediciyə təşəkkür edib:
“O, köməyə tələsən digər qardaşları kimi bir qəhrəmandır. Qəhrəmanlıq təkcə müharibə meydanında olmur, fəlakətdə də çox böyük qəhrəmanlıq nümunəsi göstərdilər”.

Mənbə: DHA