Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyinin yeni təyinat
02-mar, 21:35 155 Gündəm"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin Fəxri üzvü,
Dr. Professor, plastik - estetik və rekonstruktiv cərrah Mirəzim Zaidov İcraçı direktor vəzifəsinə təyin olunub.
Təşkilatın idarə heyətinin qərarı ilə Birliyi təmsil edən rəsmi vəsiqə Mirəzim Zaidova təqdim olunub.
Hər zaman xeyriyyəçi əməlləri ilə seçilən, yüzlərlə
Şəhid, qazi və aztəminatlı ailələrin övladlarına təmənnasız qayğı göstərən Mirəzim doktor bundan sonra da təşkilat daxili işləri layiqincə davam etdirəcəyini və xalqa xidmət göstərəcəyini bildirib. Güc birlikdədir!
Fərid Səfərov
Birliyin mətbuat katibi