”Alternativ psixologiya” elmi müasir elmi fikirlərin inkişafı yolunda yeni bir qoldur
03-mar, 12:25 153 GündəmTehsilForumu.Az - “Alternativ Psixologiya”elminin 20 yaşı münasibəti ilə “Alternativ Psixologiya” elmi yeni əsrin elmi kimi Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək Bəşəriyyətə xidmət edən informasiya elmidir ! İnsana özü-özünün xilaskarı olduğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların ekoloji biliklərinin inkişaf etdirilməsinə nail olmaqdır. Elm İnsanlığa xidmət edir. “Alternativ Psixologiya”elminin müəllifi Qarabağda doğulmuş Tibbi biologiya elmləri doktoru, professor, Oksford Universitetinin Akademiki, Azərbaycan Təhsil İnstitutunda fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri Yaşar Saday oğlu dünyanın aparıcı ölkələrindən olan ABŞ, İngiltərə, Türkiyə, Rusiya, Avropa ölkələrinin akademiyalarının fəxri üzvü, Ukrayna və Gürcüstanın Milli Elmlər Akademiyalarının həqiqi üzvü, Beynəlxalq Sistemologiya Akademiyasının üzvü seçilmişdir. 3 mart 2003-cü ildə Moskva şəhərində yeni yaratdığı “Alternativ psixolgiya” elminin (№ 6274) müəlliflik şəhadətnaməsini almışdır. Elmin prezentasiyası Azərbaycanda elmi ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilmişdir. “Alternativ Psixologiya “ elminin müəllifi, Tibbi bologiya elmlər doktoru, professor Yaşar Saday oğlu İbadovun “Dədə Qorqud tarixi şəxsiyyətdir” mövzusunda təqdim etdiyi elmi yenilik alimin fitri istedadının məhsulu kimi yeni tədqiqatlara yol açır. Orijinal dəsti-xətti olan, elmi nailiyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan azərbaycanlı alim Yaşar Saday oğlu İbadovun uğurları qürurvericidir.