“Caliber” Azərbaycanın Xankəndi yaxınlığındakı antiterror əməliyyatının TƏFƏRRÜATını öyrənib
05-mar, 13:43 132 GündəmAzərbaycanın Xankəndi ətrafında apardığı antiterror əməliyyatının bəzi təfərrüatları məlum olub.
“Caliber”in əldə etdiyi məlumata görə, müəyyən, kifayət qədər uzun müddət ərzində Azərbaycan tərəfi əsas Laçın yoluna alternativ olan Xələfəli torpaq yolundan yan keçərək Ermənistan ərazisindən Qarabağ bölgəsinə silah-sursatın daşınması barədə siqnallar alıb.
Bu gün növbəti analoji siqnal alan əməliyyatçılarımız yerində yoxlama aparmaq üçün yola çıxıblar. Azərbaycan hərbçiləri yoldan keçən erməni avtomobilini saxlamağa çalışıblar və həmin avtomobilin sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib.
Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir.
Aydındır ki, Nikol Paşinyanın psevdosülh ritorikasına baxmayaraq, “miatsuma” siyasətini davam etdirmək cəhdləri dayanmır.
13:26
Azərbaycanın Xankəndi şəhərində yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini bildirirlər.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatı keçirir.
Erməni tərəfi iddia edir ki, nəticədə bir separatçı ölüb, bir nəfər isə yaralanıb.