Bakı-Sumqayıt yolunda ölümsaçan qanunsuz sərnişindaşıma: Çıxış yolu nədir?
11-mar, 10:46 140 GündəmBakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisələri ildən-ilə daha dəhşətli hal alır. Demək olar ki, iki gündən bir Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verir. Ölüm halları da kifayət qədər çox olur.
Elə çox uzağa getməyək, iki gün əvvəl Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobusun törətdiyi qəzada 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu tip sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar tərəfindən törədilən qəzaların sayı həddən ziyadə çoxdur. Bu fəaliyyət rəsmi qurumlardan icazəsiz həyata keçirilirsə, nə üçün nəzarət edilmir? İnsan həyatı bu qədər dəyərsizdirmi?
Qeyd edək ki, doqquz mart tarixi Bakı-Sumqayıt yolunda altı il əvvəl ən ağır qəza ilə yadda qalıb. Həmin vaxt baş verən qəzada tələbələri daşıyan mikroavtobusun qəzaya düşməsi səbəbindən altı tələbə həyatını itirib.
Axı sərnişinlər ictimai nəqliyyatdan istifadə zamanı bütün sürücülərin qayda-qanun bilib-bilmədiyini seçə və ya müəyyən edə bilməzlər. Buna nəzarət edən qurumlar olmalıdır.
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov Oxu.Az-a açıqlamasında bildirib ki, 2019-cu ildə Dövlət Avtomobil Nəqliyyat Xidməti (hazırkı Yerüstü Nəqliyyat Agentliyi) və DYP arasında qanunsuz sərnişindaşımaların qarşısının alınması ilə bağlı bir memorandum imzalanıb:
“Memoranduma əsasən, hər iki qurum qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görəcək. Qeyd edim ki, 2019-cu il ərzində qanunsuz sərnişindaşıma fəaliyyətinin qarşısı çox ciddi şəkildə alınmışdı”.
Ekspert qanunsuz sərnişindaşımanın yaranmasının müxtəlif səbəblərinə də toxunub:
“Qanunsuz sərnişindaşıma fəaliyyətinin bu qədər artmasının əsas səbəblərindən biri tələbdir. Tələb ona görə yaranır ki, vətəndaşlar mənzil başına daha ucuz qiymətə və tez çatmaq istəyirlər. Bu səbəbdən də qanunsuz sərnişindaşıma fəaliyyəti ilə tam mübarizə aparmaq mümkün olmur. Bu gün qanunsuz daşıma fəaliyyəti ilə mübarizə tədbirlərini qeyd etdiyim Yerüstü Nəqliyyat Agentliyi ilə Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi (DYP) həyata keçirilməlidir”.
“Qəzaların sayının artmasına səbəb isə ölkədə sürücülük bacarıqlarının, sürücülük qabiliyyəti çox aşağı səviyyədə olmasıdır. Təəssüflə qeyd edirəm ki, Azərbaycanda sürücülük kursları yüksək keyfiyyətli təlimlər keçmir. Xüsusilə də bölgələrdə sürücülük məktəbləri formal fəaliyyət göstərir. Sürücülük bacarıqları tam öyrədilmədiyi üçün yollarda məsuliyyətsiz sürücülər çoxalır. Bu sürücülər də təbii ki, yollarda qəzaların artmasına zəmin yaradır. Yol-nəqliyyat hadisələrinin baş verməsinin ilkin səbəbi məsuliyyətsiz sürücülərin yol hərəkəti qaydalarını pozmalarıdır.
Hətta təcrübəli sürücülər də bilərəkdən yol hərəkəti qaydalarını pozurlar. Bu da ağır, faciəvi hadisələrlə nəticələnir. Azərbaycanda qəzaların sayının azalması üçün təsdiq edilən 5 illik, yəni 2019-2023-cü illəri əhatə edən Azərbaycan Respublikasında Yol Hərəkətinin Təhlükəsizliyinə dair dövlət proqramının müddəalarına qeyd-şərtsiz əməl etmək lazımdır. Bu proqramdakı müddəalara əməl etməklə yollarda nizam-intizam yaratmaq olar. Amma təəssüf ki, bəzi aidiyyəti qurumların bu dövlət proqramından heç xəbərləri yoxdur və öz üzərilərinə düşən işlərin heç birini yerinə yetirməyiblər”, - deyə E.Cəfərov qeyd edib.
Könül Cəfərli