ANAR - 85
14-mar, 14:19 137 Gündəm14 mart - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar müəllimin ( Anar Rəsul oğlu Rzayev) doğum günüdür.
Özünü Sözə, ədəbiyyata həsr etmiş ağsaqqal ziyalımız, ustad ədibimizi dünyaya gəldiyi gün, ömür təqviminin 85 illiyi münasibətilə sözün işığında qutlayıram. Tanrı qorusun!
Sözün işığında yol gedənlərin
Düşər çöhrəsinə Tanrı işığı.
Ağsaqqal zirvəsi fəth edənlərin
İlahi qüdrətdən nur yaraşığı.
Hər kəsin əməli - onun aynası,
Sənin söz çələngin, qələmin örnək.
Ağsaqqal yolunun idrak-mayası
Haqqa, həqiqətə yön olan məslək.
Dünya işığına göz açan andan
Ömür dediyimiz bir yol üstəyik.
Belə xəlq edibdi Ulu Yaradan,
Təpədən-dırnağa arzu-istəyik...
✍️Tapdıq ƏLİBƏYLİ
Özünü Sözə, ədəbiyyata həsr etmiş ağsaqqal ziyalımız, ustad ədibimizi dünyaya gəldiyi gün, ömür təqviminin 85 illiyi münasibətilə sözün işığında qutlayıram. Tanrı qorusun!
Sözün işığında yol gedənlərin
Düşər çöhrəsinə Tanrı işığı.
Ağsaqqal zirvəsi fəth edənlərin
İlahi qüdrətdən nur yaraşığı.
Hər kəsin əməli - onun aynası,
Sənin söz çələngin, qələmin örnək.
Ağsaqqal yolunun idrak-mayası
Haqqa, həqiqətə yön olan məslək.
Dünya işığına göz açan andan
Ömür dediyimiz bir yol üstəyik.
Belə xəlq edibdi Ulu Yaradan,
Təpədən-dırnağa arzu-istəyik...
✍️Tapdıq ƏLİBƏYLİ