05 iyun 2026-cı il tarixində “Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi” ilə “Müasir Xəzər Tədris Mərkəzi” arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır.


Bu əməkdaşlığın əsas məqsədi xaricdə təhsil, təhsil xidmətləri və hüquqi konsultasiya sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, xidmət keyfiyyətinin artırılması və tələbələrə daha effektiv dəstəyin təmin edilməsidir.

Memorandum çərçivəsində tərəflər:

* Xaricdə təhsil proqramlarının təşkili və tələbələrin düzgün istiqamətləndirilməsi,

* Təhsil və hüquqi xidmətlərin inteqrasiyası,

* Birgə seminarlar, təlimlər və maarifləndirmə tədbirlərinin keçirilməsi,

* Tələbə və müştərilərə kompleks xidmət paketlərinin təqdim olunması,

* Təcrübə və məlumat mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq edəcəklər.

Bu tərəfdaşlıq, gənclərin beynəlxalq təhsil imkanlarına çıxışını asanlaşdırmaqla yanaşı, hüquqi dəstəyin gücləndirilməsinə və təhsil sahəsində peşəkar yanaşmanın inkişafına mühüm töhfə verəcəkdir.


Jalə Ağakişiqızı

Zeferyolu.az-ın rəhbəri