QƏHRƏMANLAR DANIŞIR...
12-iyn, 15:39 19 Gündəm / Cəmiyyət
Vətənpərvər qardaşım, nədəndir səndə bu qədər Vətən eşqi?
Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsi veteranı Şərafəddin Sərdar oğlu Xankişiyevin Azərbaycanın fədakar oğlu "Ərkivan Beynəlxalq Yük Daşıma" şirkətinin rəhbəri Abdulla Abdullayev haqqında təəssüratları...
Uzun illər Vətənimə xidmət etmişəm. 2007-ci ildən 2012-ci ilə qədər döyüş bölgələrini qarış-qarış gəzərək düşmənin bizə qarşı plan və niyyətlərini öyrənmək üçün kəşfiyyat məlumatları toplamışıq.
2012-ci ildən 2023-cü ilə qədər çoxsaylı döyüş tapşırıqlarında və müxtəlif hərbi əməliyyatlarda iştirak etmişəm.
2012–2016-cı illərdə dəfələrlə düşmən arxasında kəşfiyyat-döyüş tapşırıqlarının iştirakçısı olmuşam.
2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsinin tam iştirakcisiyam.
2021-ci ildə Kəlbəcər ərazisində dövlət sərhədlərimizin bərpası zamanı təxminən 60 gün davam edən əməliyyatlarda iştirak etmişəm,
2022-ci ilin “Sarsıdıcı Zərbə” əməliyyatlarında, 2023-cü ilin Antiterror əməliyyatlarında iştirak etmişəm.
Həmçinin, 32 ildən sonra Xankəndiyə Antiterror əməliyyatından 7 gün əvvəl kəşfiyyata gedən iki kəşfiyyatçıdan biri mən olmuşam.
Bəzən insanlar Vətən uğrunda döyüşənləri, xidmət edənləri və döyüş yolu keçənləri vətənpərvər adlandırırlar.
Lakin mən bu anlayışa bir qədər fərqli baxıram. Çünki 44 günlük Vətən müharibəsində bütün xalqımızın necə ayağa qalxdığını, öz ordusuna necə dayaq olduğunu gördük.
Kimi işini qoyub könüllü olaraq ordu sıralarına qoşuldu, kimi xaricdəki həyatını yarımçıq buraxıb Vətənə qayıdıb müharibəyə qatıldı, kimi isə qazandığı əməkhaqqını ordumuzun fonduna köçürdü. Həkimlərimiz könüllü olaraq ön xəttə yazılıb yaralı əsgərlərimizin həyatlarını qurtarırdılar. Kimliyindən, vəzifəsindən və maddi durumundan asılı olmayaraq bütün xalq bir amal ətrafında birləşdi. Hamı “Qələbə bizim olacaq!” deyərək Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdi və ordumuza dəstək verdi.
Biz döyüş meydanında vuruşa-vuruşa xalqımızın bizə necə arxa-dayaq olduğunu öz gözlərimizlə görürdük. Bu dəstək bizə güc verir, inam verir, qələbəyə aparan yolu daha da işıqlandırırdı.
Bu gün isə sizə gözlərimlə gördüyüm, haqqında çox eşitdiyim və orduda xeyirxahlığı ilə dillərdə dolaşan bir Azərbaycan oğlundan danışmaq istəyirəm.
Kimdir bu mərd və xeyirxah insan? Hardandır onda bu qədər Vətən sevgisi? Niyə Vətəni bu qədər çox sevir? Niyə yüzlərlə şəhid ailəsinə yardım edir? Niyə yaşadığı rayonda müharibə iştirakçılarının və ailələrinin yanında olur? Niyə kasıblara əl tutur, ehtiyacı olanlara dayaq olur?
Bu suallar uzun illərdir məni düşündürürdü. Mən də bu insanı illərlə izlədim, onun haqqında daha çox məlumat toplamağa çalışdım. Lakin xidmətimlə bağlı daim müxtəlif bölgələrdə və döyüş tapşırıqlarında olduğum üçün bu şəxs barədə ətraflı məlumat əldə edə bilmirdim. Hər dəfə araşdırmalarım yarımçıq qalırdı, çünki araya yeni əməliyyatlar, yeni döyüşlər və yeni xidmət tapşırıqları düşürdü.
Amma bir şey dəqiq idi: bu insanın etdiyi xeyirxahlıqlar təsadüfi deyildi. Bunun arxasında böyük ürək, Vətən sevgisi və insanlara qarşı sonsuz mərhəmət dayanırdı...
Xeyirxah insan – Abdullayev Abdulla
Söhbət Masallı rayonunun Ərkivan qəsəbəsində 1973-cü ildə dünyaya göz açmış Abdulla Abdullayevdən gedir. O, hazırda "Ərkivan Beynəlxalq Yük Daşıma" şirkətinin rəhbəridir.
Abdulla müəllim 11 uşaqlı ailədə böyüyüb – 7 qardaş, 4 bacı. Uşaqlıq və gənclik illəri son dərəcə çətin keçib. Elə bir yoxsulluq içində yaşayıblar ki, yağış yağanda evlərinin damından su axar, otaqlarda quru yer tapılmazmış. Bir döşəkdə 4-5 nəfər yatdıqları günlər olub.
Kiçik yaşlarından ailəsinə kömək etmək üçün mal-qara otarıb, çobanlıq edib, kənd toylarında tum, dondurma sataraq evə bir neçə qəpik qazanc gətirməyə çalışıb. Çətinliklər onu sındırmayıb, əksinə, daha da möhkəmləndirib.
Zaman keçdikcə öz zəhməti ilə əvvəlcə "Zaporoji", sonra isə VAZ-2107 markalı avtomobil alıb. Kənddə müxtəlif işlərlə məşğul olaraq halal zəhmətlə dolanmağa başlayıb. Xaricdə yaşayan qardaşının dəstəyi ilə ona bir KamAZ yük maşını həvalə olunub. Abdulla həmin maşınla yükdaşıma fəaliyyətinə başlayıb.
İllər keçdikcə zəhməti, əzmkarlığı və dürüstlüyü sayəsində fəaliyyətini genişləndirib. Azərbaycan, İran, Rusiya, Pakistan, Əfqanıstan, Suriya və digər ölkələr arasında yük daşımaları həyata keçirərək maşın parkını böyüdüb və nəticədə "Ərkivan Beynəlxalq Yük Daşıma" şirkətini yaradıb. Bu gün həmin şirkətə özü rəhbərlik edir.
Qazandığı gəliri xaricdə deyil, öz ölkəsində xeyriyyə işlərinə sərf edir. Qazi və şəhid ailələrinə yardım göstərir, ehtiyacı olan insanlara dəstək olur. Müharibədən əvvəl dəfələrlə ön cəbhəyə avtomobil təkərləri və digər lazımi vasitələr göndərib. Onun cəbhəyə çatdırdığı yardımlar yüzlərlə əsgər və zabitimizin xidmətində mühüm rol oynayıb.
Abdulla müəllimin ən böyük xüsusiyyətlərindən biri sadəliyi və səmimiyyətidir. O, böyük şirkətin rəhbəri olsa da, fəhlələrlə birlikdə işləməkdən çəkinmir. Alın təri ilə qazandığı halal ruzinin qədrini bilir. Dinə, imana bağlı, ailəsinə sadiq və gözəl ailə başçısıdır.
Masallı rayonunda xeyirxahlığı ilə tanınan Abdulla müəllim həm yerli sakinlər, həm də ön cəbhədə xidmət edən hərbçilər arasında böyük hörmət və nüfuz sahibidir. O, Vətənini, xalqını və millətini sevən əsl vətəndaşdır.
44 günlük Vətən müharibəsindən əvvəl, müharibə dövründə və antiterror əməliyyatları zamanı da daim ordumuzun yanında olub. Hərbçilərin ailələrinə maddi yardımlar göstərib, şəhid ailələrini ziyarət edib, onların problemləri ilə maraqlanıb. Sanki etdiyi xeyirxah əməllərdən mənəvi rahatlıq tapır. Çünki o, Allah sevgisi ilə yaşayan, dürüstlüyü sevən, yalanı və xəyanəti qəbul etməyən insanlardandır.
Mən də uzun müddət idi ki, bu xeyirxah insanı yaxından görmək istəyirdim. Lakin görüşmək qismət olmamışdı. Təsadüfən 2025-ci ildə Astara rayonunda şəhid ailələrindən birinin evində onu gördüm. Düzdür, görüşə bilmədik və o da məni tanımırdı. Amma uzaqdan onu izləyərkən gördüyüm mənzərə məni dərindən təsirləndirdi. O, şəhid anasının əlini dəfələrlə öpərək onu bağrına basdı, dərdinə şərik oldu.
Həmin an anladım ki, bəzi insanların böyüklüyü vəzifəsində və sərvətində deyil, ürəyindədir. Abdulla Abdullayev da məhz belə insanlardandır – xeyirxah, vətənpərvər, sadə və Allah sevgisi ilə yaşayan bir Azərbaycan övladı.
“Dəyişən dünyanın dəyişməz insanları” layihəsindən.
Layihənin rəhbəri: Atatürk mərkəzinin direktoru, akademik Nizami Cəfərovdur.
Arxa cəbhənin qəhrəmanlarından biri.
Cəmiyyətimizdə, ətrafımızda, içimizdə bizə doğmalaşmış, az-az tapılan, sonadək içindəki uşağa qıymayan bir insanı tanıdıq - pak və saf, səmimi və həssas. Hər kəsə, hər birimizə, torpağa, elə-obaya, milli dəyərlərimizə, mənəviyyatımıza, ən nəhayət, dövlət və dövlətçiliyimizə doğmalıq hissi ilə yaşayan bir insan...
İnsan olmaq defisiti...
İnsanlar nəfsi ayaqlaya bilsəydilər, Allaha dost ola bilərdilər. Necə o, bunu bacarır. Adam var övladı yoxdur, dərdi budur, adam var övladı çoxdur, dərdi budur. Çatdıra bilmir, insan heç nəylə qane olan deyil, təbiəti belədir. Ancaq müdrik və kamil insanın işidir dünyəvi nemətlərə göz yumaraq İlahi gücü qəbul edib, onun qanunlarını qəbul edib özünə həyat kredosu seçmək. Bu dünyada birinci özündən başlasan yaxşıdı. Özünü düzəlt, özündə olan çatışmazlıqlara qalib gəlməyə başla. Onda Allahın gözündə birə min artacaqsan. Allahın kəndirindən tutub yaşamaq dünyanın ən xoşbəxt anlarıdır...
O, belə yaşayır...
“Arkivan- Transport” şirkətinin qurucusu və rəhbəri Abdulla Abdullayevdir.
Bu sevgi və ehtiramla yazılan yazı öz dəyərli ünvanını tapdı. Çünki, Abdulla Abdullayev kimi insanlar heç vaxt unudulmur. Onlardan tək sağlıqlarında yox, yoxluğundan sonra da çox şey öyrənmək lazımdı. Bəli, etiraf edək, dünya və məmləkət insan defisiti yaşayır. Abdulla Abdullayev kimi şəxsiyyətlərin çiyinlərində dayanaqlıdı, bir ucu olumlu, bir ucu isə ölümlü dünya. O dünya ki, özündə qonaq saxlamır. Yaxşıların çiyinlərində bərqərardı bu dünya...
Böyük yol...
Fərdin dünyagörüşünü, dünyadərkini, özünüdərkini, insanlara, həyata, cəmiyyətə münasibətini şəxsiyyət kimi formalaşıb kamilləşməsinin mürəkkəb prosesini, yaşam və hadisələr burulğanında yetkinləşən xarakterinin bədii təsvirini göstərmək üçün Yaradan böyük imkanlar yaradır. Həmin imkanın gözəlliyi səmimiyyətdən doğmalıdır ki, həyat həmin fərd üçün, onun yaşam tərzinin psixoloji-fəlsəfi tərcumanına çevrilə bilsin. Yaxşı yaşamaq və ya pis yaşamaq mənasında. Bu bir az sadə dildə izah olunur. İnsanın böyüklüyü (yaxşı adam olaraq yaşaması) həyatla, zamanla, Yaradanla arasında əlaqə bağlarını tapanda üzə çıxır. Qəhrəmanımız bu bağları taparaq, bütün həyatı boyu bu əqidəyə sadiq olaraq yaşamaqdadır.
Bu kiçik yazını dünya boyda yaxşılıqları ilə gözəl bir ad qazanmış Azərbaycanlı kişisinin, onun fədakar əməllərindən fəxarət duyaraq yazırıq. İnsanlar Abdulla müəllimin ruhunu sevirlər. Cavan yaşında Allahını gözəl əməlləri ilə sevindirən bir Tanrı bəndəsini. Yurduna, elinə, xalqına, millətinə, torpağına, vətəninə və Allahına bağlı sadiq, sevgi və eşq ilə zəngin ruhunu. O, sahibkarlı fəaliyyəti ilə məşğuldur. Sadə və təvazökardır. Əlinin qabarı ilə öyünəndir, səltənəti ilə yox. Bütün insanlığa da bu əxlaq modeli ilə çağırış edir. “Ağac bar verdikcə başını aşağı əyər...”
Allahı sevindirən əməllər...
Doğma Azərbaycan ona çox əzizdir. Doğma yurdu Masallı və doğulduğu Ərkivan kəndi ona çox əzizdir. Vətən yurddan başlayır. Yurduna bağlı olan, Vətəninə bağlı olar. O, da bunu sübut etdi (44 günlük Vətən müharibəsində arxa cəbhənin qəhrəmanı olaraq adını tarixə yazdı. Tarix yazan qəhrəmanlar ondan yazır, onun vətənsevərliyindən, vətənə bağlılığından danışırlar. Red.) Onun qəlbi heç vaxt boş olmur. Mərhəmət, səxavət, ehtiram, sevgi, şəfqət kimi bəşəri Tanrılar Abdulla Abdullayevin ömürlük yol yoldaşına çevrilib. Bu onun Tanrısına olan iman və sevgisidir. Çünki, o Allahın dostudur. Abdulla Abdullayev əməlisaleh əməlləri ilə Tanrısını sevindirir. Tanrı onun içindədir. İnsanlar nəfslərini ayaqlaya bilsələr, Allahla dost ola bilərlər. Bu isə çox çətin məsələdir. Ancaq o, bunu bacarır. Bu gün o, şəhid ailələrin və qazilərin yanındadır. Zəiflərin, əlsiz-ayaqsız olanların yanındadır... Allahın ona lütf etdiyi ruzidən hamıya pay düşür. Abdulla müəllim sevinənlərə baxaraq xoşbəxt olanlardandır.
Salam Abdulla qardaş, salam mərd kişi!
Hər bir xalqın tarixində elə insanlar olur ki, onların adı təkcə gördüyü işlərlə deyil, həm də daşıdığı mənəvi dəyərlərlə yadda qalır. Belə insanlar yaşadıqları cəmiyyətin dayağı, vətənin etibarlı övladı, el-obanın hörmət və ehtiram göstərdiyi şəxsiyyətlərə çevrilirlər. "Arkivan-Transport" şirkətinin rəhbəri Abdulla Abdullayev də məhz belə insanlardandır. Onun həyat yolu zəhmətin, vətən sevgisinin, insanlara qayğının və yüksək mənəvi keyfiyyətlərin vəhdətindən ibarətdir.
Abdulla Abdullayev haqqında danışarkən ilk növbədə onun vətənpərvərliyini qeyd etmək lazımdır. Çünki insanın böyüklüyünü müəyyən edən əsas meyarlardan biri onun Vətən qarşısında göstərdiyi xidmətlərdir. Azərbaycan xalqının taleyində xüsusi yer tutan 44 günlük Vətən müharibəsi dövründə hər bir vətəndaş öz məsuliyyətini dərk edərək dövlətin və ordunun yanında olmağa çalışdı. Həmin günlərdə Abdulla Abdullayev də öz imkanlarını səfərbər edən, ordunun yanında dayanan, qələbəyə inamı ilə seçilən vətən oğullarından biri oldu.
Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəylik nümunəsini bütün dünyaya nümayiş etdirdi. Bu birlikdə sahibkarların, iş adamlarının və müxtəlif sahələrdə çalışan insanların da xüsusi rolu oldu. Abdulla Abdullayev öz fəaliyyəti ilə göstərdi ki, vətənə xidmət yalnız silahla döyüş meydanında deyil, həm də arxa cəbhədə dövlətə və xalqa dəstək verməklə mümkündür. O, hər zaman Azərbaycan Ordusunun gücünə inanmış, Ali Baş Komandanın ətrafında sıx birləşən vətəndaşlardan biri kimi üzərinə düşən vəzifəni vicdanla yerinə yetirmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz tarixi Zəfərə nail oldu. Bu qələbə uğrunda şəhidlərimiz canlarından keçdilər, qazilərimiz sağlamlıqlarını qurban verdilər. Abdulla Abdullayev də hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərən insanlar sırasında olmuşdur. Onun xeyirxahlığı və humanist mövqeyi bu gün də insanlar tərəfindən minnətdarlıqla xatırlanır.
Abdulla Abdullayev təkcə uğurlu şirkət rəhbəri deyil, həm də mərdlik və səxavət nümunəsidir. Onu tanıyanlar yaxşı bilirlər ki, çətin vəziyyətdə olan insanlara yardım etmək, ehtiyac sahiblərinə dəstək göstərmək onun həyat prinsipidir. O, insanlara əl tutmağı, onların sevincinə və kədərinə şərik olmağı özünə mənəvi borc hesab edir. Məhz buna görə də onun adı xeyirxahlıqla, sədaqətlə və etibarlılıqla yanaşı çəkilir.
Hər bir rəhbərin uğuru ilk növbədə insanlara münasibəti ilə ölçülür. Abdulla Abdullayev rəhbərlik etdiyi kollektivdə qarşılıqlı hörmət və etimad mühiti formalaşdıran şəxslərdəndir. O, əməkdaşlarına diqqətlə yanaşır, onların problemləri ilə maraqlanır və işçilərinin rifahını daim diqqət mərkəzində saxlayır. Bu keyfiyyətlər isə onu həm rəhbər, həm də insan kimi fərqləndirir.
"Arkivan-Transport" şirkətinin fəaliyyətində əldə olunan uğurların arxasında məhz belə məsuliyyətli və peşəkar idarəçilik dayanır. Abdulla Abdullayev uzun illər ərzində zəhməti, əzmkarlığı və düzgün qərarları ilə şirkətin inkişafına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi altında görülən işlər təkcə iqtisadi baxımdan deyil, sosial məsuliyyət baxımından da diqqət çəkir.
Vətənə sevgi sözlə deyil, əməli fəaliyyətlə sübut olunur. Abdulla Abdullayev öz həyatı və fəaliyyəti ilə bu həqiqəti dəfələrlə təsdiq etmişdir. O, dövlətçiliyə sadiqliyi, milli maraqlara bağlılığı və Azərbaycançılıq ideyalarına hörməti ilə seçilən nümunəvi vətəndaşdır. Onun üçün Vətən anlayışı sadəcə bir söz deyil, müqəddəs bir dəyərdir.
Mərdlik insanın ən ali xüsusiyyətlərindən biridir. Mərd insan çətinliklər qarşısında geri çəkilmir, dostuna və dövlətinə sadiq qalır, haqqın və ədalətin yanında dayanır. Abdulla Abdullayev də məhz belə insanlardandır. Onun xarakterindəki qətiyyət, dürüstlük və etibarlılıq ətrafındakı insanlar tərəfindən yüksək qiymətləndirilir.
Bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanlar arasında Abdulla Abdullayev haqqında xoş fikirlərin səsləndirilməsi təsadüfi deyil. İnsanlar onun sadəliyini, səmimiyyətini və köməksevərliyini yüksək qiymətləndirirlər. O, əldə etdiyi uğurlara baxmayaraq, hər zaman sadə və təvazökar qalmağı bacaran insanlardandır.
Şəhid ailələrinə və qazilərə göstərilən diqqət də onun fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Bu müqəddəs kateqoriyadan olan insanlara dəstək vermək, onların problemlərinə həssas yanaşmaq hər bir vətəndaş üçün mənəvi borcdur. Abdulla Abdullayev də bu məsuliyyəti dərindən dərk edən və daim həmin insanların yanında olan vətən övladlarındandır.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, ölkəmizin iqtisadi gücü daha da artır. Belə bir dövrdə dövlətinə bağlı, xalqına xidmət etməyi həyat amalı seçən insanların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Abdulla Abdullayev də öz əməli fəaliyyəti ilə bu inkişaf prosesinə töhfə verən və nümunə göstərilən şəxslərdəndir.
Onun həyat yolu gənc nəsil üçün də örnəkdir. Çünki zəhmətkeşlik, dürüstlük, vətənpərvərlik və insanlara sevgi kimi keyfiyyətlər hər zaman cəmiyyətin inkişafına xidmət edən dəyərlər olub. Abdulla Abdullayev bu dəyərləri öz həyatında yaşadan və onları əməlləri ilə təsdiq edən insanlardan biridir.
Bu gün onun haqqında danışarkən təkcə bir şirkət rəhbərindən deyil, həm də Vətənini sevən, xalqına bağlı olan, mərdliyi və səxavəti ilə seçilən bir Azərbaycan oğlundan söhbət açırıq. O, hər zaman dövlətin yanında olan, milli maraqları hər şeydən üstün tutan və insanların rəğbətini qazanan şəxsiyyətlərdəndir.
Salam Abdulla qardaş, salam mərd kişi! Sənin həyat yolun, gördüyün işlər və insanlara göstərdiyin diqqət Azərbaycan insanının ən gözəl xüsusiyyətlərini özündə əks etdirir. Vətənə bağlılığın, dövlətə sədaqətin, şəhid ailələrinə və qazilərə göstərdiyin qayğı, insanlara etdiyin yaxşılıqlar səni tanıyanların qəlbində daim ehtiramla yaşayacaq. Belə vətən oğullarının varlığı Azərbaycanın gücünü, xalqımızın mənəvi zənginliyini və milli birliyini daha da möhkəmləndirir.
Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl Qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü




