Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: Azərbaycan Ordusu – Dövlətimizin gücü, xalqımızın qürur mənbəyi

Azərbaycan xalqının şanlı tarixində xüsusi yer tutan 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü dövlətçiliyimizin qüdrətini, xalqımızın vətənpərvərlik ruhunu və Ordumuzun sarsılmaz gücünü ifadə edən əlamətdar bayramdır. Bu gün yalnız hərbçilərimizin peşə bayramı deyil, həm də müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün etibarlı təminatçısı olan Azərbaycan Ordusuna sonsuz ehtiramın təcəssümüdür.

Müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz onun müəyyən etdiyi ordu quruculuğu strategiyası nəticəsində milli Silahlı Qüvvələrimizin möhkəm təməli qoyulmuşdur. Bu siyasət Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir.

Azərbaycan əsgərinin şücaəti 2020-ci ilin 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş olundu. Ordumuz yüksək peşəkarlıq, möhkəm iradə və misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi, xalqımıza tarixi Zəfər sevincini yaşatdı. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də milli birliyin, dövlət-xalq həmrəyliyinin və Azərbaycan xalqının yenilməz ruhunun təntənəsi oldu.

Bu müqəddəs Zəfər minlərlə qəhrəman övladımızın canı və qanı bahasına qazanıldı. Şəhidlərimiz Vətən uğrunda ən uca zirvəyə yüksəldilər, qazilərimiz isə göstərdikləri rəşadətlə xalqımızın qürur mənbəyinə çevrildilər. Onların qəhrəmanlığı hər zaman dərin ehtiramla yad edilir və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olaraq yaşayacaqdır. 

Dövlətimizin inkişafı yalnız güclü ordu ilə deyil, eyni zamanda səhiyyə, təhsil, elm və digər strateji sahələrin inkişafı ilə sıx bağlıdır. Sağlam cəmiyyət güclü dövlətin əsas dayaqlarından biridir. Bu baxımdan səhiyyə işçilərinin üzərinə böyük məsuliyyət düşür. İnsan sağlamlığının keşiyində dayanmaq, xəstələrə şəfqət və qayğı ilə yanaşmaq yüksək peşəkarlıq və humanizm tələb edir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova bu məsuliyyətli missiyanı böyük vicdanla yerinə yetirən səhiyyə rəhbərlərindən biridir. O, rəhbərlik etdiyi tibbi kollektivdə peşəkarlığın, humanizmin və vətəndaş məmnunluğunun əsas prinsiplərinə xüsusi önəm verir. Müasir tibbi xidmətlərin təşkili, xəstələrə keyfiyyətli tibbi yardım göstərilməsi və səhiyyə işçilərinin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilən işlər onun rəhbərliyinin əsas istiqamətlərindəndir.

Xəyalə İmanova hesab edir ki, həkim peşəsi yalnız peşə deyil, həm də insan həyatına xidmət edən müqəddəs missiyadır. Bu missiyanın layiqincə yerinə yetirilməsi üçün yüksək bilik, məsuliyyət, mərhəmət və vətənə bağlılıq vacibdir. Onun rəhbərlik etdiyi kollektivdə bu dəyərlər gündəlik fəaliyyətin ayrılmaz hissəsinə çevrilmişdir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan səhiyyə işçiləri də böyük fədakarlıq nümayiş etdirdilər. Həkimlər və tibb personalı gecə-gündüz çalışaraq yaralı hərbçilərin sağlamlıqlarının bərpası üçün əllərindən gələni etdilər. Bu xidmətlər bir daha göstərdi ki, ağ xalatlı insanlar da Vətən qarşısında böyük məsuliyyət daşıyırlar.

Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və güclü dövlətdir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində səhiyyə sahəsində də mühüm nailiyyətlər əldə olunmuş, yeni tibb müəssisələri yaradılmış, əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışı genişlənmişdir. Bu inkişafın davamlı olması üçün peşəkar səhiyyə rəhbərlərinin fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

26 İyun – Silahlı Qüvvələri Günü Azərbaycan xalqının qəhrəman oğul və qızlarına minnətdarlıq günüdür. Bu gün hər bir azərbaycanlı Ordumuzun gücü ilə fəxr edir, dövlətimizin təhlükəsizliyini qoruyan igid əsgər və zabitlərimizə sonsuz hörmət bəsləyir.

Azərbaycan Ordusu bundan sonra da dövlətimizin sərhədlərinin keşiyində inamla dayanacaq, xalqımızın təhlükəsizliyini və ölkəmizin suverenliyini qətiyyətlə qoruyacaqdır. Güclü dövlət, güclü ordu və sağlam cəmiyyət bir-birini tamamlayan əsas dəyərlərdir. Bu dəyərlərin qorunması isə hər bir vətəndaşın müqəddəs borcudur.

Biz bu əlamətdar gündə qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayır, Vətənimizin keşiyində ayıq-sayıq dayanan bütün hərbi qulluqçularımıza sonsuz minnətdarlığımızı bildiririk. Azərbaycan Bayrağı daim yüksəklərdə dalğalansın, dövlətimiz əbədi yaşasın və Ordumuz hər zaman qalib olsun.

"Hörmətli hərbi qulluqçular, əziz zabit və əsgərlərimiz! Sizi 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, şərəfli xidmətinizdə uğurlar arzulayıram. Qəhrəman şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin qüdrət rəmzidir. Uca Tanrı Vətənimizi, Ordumuzu və xalqımızı daim qorusun. Bayrağımız hər zaman uca zirvələrdə dalğalansın! 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, ölkəmizə əmin-amanlıq və davamlı Zəfərlər arzulayıram. Bayramınız mübarək!"


Səxavət Nur