Kongres haqqında məruzə


15-17 mart 2023 - cü il tarixində Səhiyyə nazirliyinin təşkilatçılığı ilə keçirilmiş VİVA LA VİDA Beynəlxalq Konqresində İbadov Yaşar “Qocalmadan qacalmayın” adlı məruzəsilə çıxış etmişdir. O, müəlliflik hüququ daşıdığı Alternativ Psixologiya elminin metodologiyası əsasında apardığı tədqiqatlardan, təcrübə və müşahidələrindən söhbət açmış, gətirdiyi elmi sitatlarla qocalığın problemlərinin öyrənilməsində təkcə fiziki və şəxsi müstəvidə deyil, həm də enerji və informasiya müstəvisində tədqiqatların davam etdirilməsini, problemlərin daha qlobal masştabda araşdırılmasını və inteqrativ prizmadan yanaşma prinsipini ön plana çəkərək bütün dünya alimlərinə təkliflər vermişdir. Ibadov bu istiqamətdə rəhbərlik etdyi Psixogigiyena və tibbi-psixoloji diaqnostika laboratoriyasında 23 illik fəaliyyətində əldə etdiyi  elmi yeniliklərdən, yaratdığı yeni müalicə  üsullarından və həmçinin nano-texnoloji ixtira və yeniliklərindən söhbət açmış, auditoriyanın böyük marağına səbəb olmuşdur. Kongresin gedişində sərgi salonunda İbadov öz ixtiralarına aid tərtib etdiyi stentdə öz əməkdaşları ilə birlikdə konqres iştirakçılarına əyani vəsaitlərlə və daha ətraflı məlumatlar vermişdirlər. Bir çox ölkələrdən konqresdə iştirak edən alimlərlə əməkdaşlıq müqaviləsi bağlanmışdır.