Heydər Əlyev Müasir ədliyyə və məhkəmə-hüquq islahatlarınln müəllifidir
10-apr, 07:00 132 GündəmMüasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq anadan olmasının 100 illiyi münasibətilə dövlət başçısı cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə verilən böyük qiymətin təzahürüdür.
Ədliyyə naziri Fikrət Məmmədov hər zaman çıxışlarında ümummilli Liderimizin zəngin həyat yolunun və titanik fəaliyyətinin tükənməz ibrət məktəbi olduğunu vurğulayır, müasir Azərbaycan tarixinin bütöv bir qərinəsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edir.
Fikrət Məmmədov Heydər Əliyev ilinə həsr olunan konfransdakı çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük quruculuq salnaməsi ilə ölkəmizin qabaqcıl müttəfiq respublikalar sırasına çıxmasına, milli oyanışın və özünüdərkin, xalqımızın müstəqillik ideyalarının, azərbaycançılıq məfkurəsinin güclənməsinə, milli, o cümlədən hərbi kadrların yetişməsinə nail olub.
Azərbaycan xalqının tariximizin məhz Heydər Əliyev dövründə dayanıqlı müstəqil dövlət qura bildiyini deyən nazir Ulu Öndərin hakimiyyətə yenidən qayıdaraq xilaskarlıq missiyası, cəsarəti və sarsılmaz iradəsi, tükənməz idarəçilik təcrübəsi sayəsində müstəqilliyimizi böyük təhlükələrdən qurtararaq dönməz və əbədi etdiyini, ölkədə qanunçuluğu, ictimai-siyasi sabitliyi möhkəmləndirdiyini, demokratik hüquqi dövlət qurduğunu, gələcəyə hesablanmış çoxşaxəli inkişaf strategiyalarının, ordu quruculuğunun təməlini qoyduğunu, hərtərəfli köklü islahatlar həyata keçirdiyini bildirib.
Fikrət Məmmədov Ümummilli Liderin müasir ədliyyə və məhkəmə sisteminin inkişafına qayğısını hər zaman yüksək qiymətləndirərək bildirir ki, “Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə və digər hüquq mühafizə fəaliyyətinin yenidən quruldu, bu sahədə islahatların ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da dərinləşdirilərək müasir çağırışlara uyğun ardıcıl tədbirlərin həyata keçirilir”.
Ölkə başçısının 29.09.2022-ci il tarixli Sərəncamı ilə dahi öndərin 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderinin əziz xatirəsinə əbədi ehtiramın təzahürüdür. 2023-cü ilin ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunması ilə əlamətdardır.
Məhz Heydər Əliyevin səyi, dahi öndər tərəfindən aparılan köklü islahatlar nəticəsində Azərbaycanda məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Ədliyyə işçiləri olaraq hər birimiz bundan sonra da dahi liderin xatirəsini əziz tutacaq, xidməti vəzifəmizin icrasını layiqincə yerinə yetirəcək, Ulu Öndərin yüksək amallarına daim sadiq qalaraq dövlətimizin hərtərəfli tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var qüvvələri ilə çalışmaq əzmində olacayıq.
Lətafət Hacıyeva
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi