“5-ci kolon”: USAID-in Azərbaycanda fəaliyyətinə ehtiyac varmı?
01-apr, 14:11 140 GündəmQərbin bəzi institutlarından maliyyələşən təşkilatlar və şəxslər Azərbaycana qarşı pozucu fəaliyyətlə məşğul olurlar. Bu artıq təəccüblə qarşılanmır.
Qeyd edək ki, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirirlər.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAID, Milli Demokratiya İnstitutu, “Fridrix Nauman”, “Marşall”, IREX və digər bu kimi qurumlar ölkəmizdə fəaliyyət göstəriblər.
Onlar aldıqları təlimatlar əsasında ölkədə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetiriblər. USAID haqqında da ayrıca danışacağıq.
Düzdür, Azərbaycan dövlət olaraq sağlam və şəffaf əməkdaşlıq prinsiplərinə üstünlük verir. Ancaq bu, tələb kimi qoyulanda Qərbin adamları hücuma keçir və ictimai rəyi yönləndirməyə çalışırlar.
Beləcə, onlar təxribatlara hazırlaşırlar. Aldıqları təlimatlar əsasında ölkədə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetirmək təxribatdır.
Postsovet məkanında baş vermiş rəngli inqilablar, sonrakı dövrdə Yaxın Şərqi qarışdırmış siyasi kataklizmlərə də baxmaq lazımdır. Bu qanlı hadisələr Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub.
İndi də eyni münasibət sərgilənir. Azərbaycanla bağlı məqsədlərinə çatmayan qüvvələr yenə fəallaşır. Lakin əsl məqsədlərini ört-basdır etmək üçün demokratiya, insan hüquqları adlarından istifadə edirlər. Cəmiyyət də onların fəaliyyətindəki əsl məramları görür və mənfi qiymətləndirir.
Şəffaflıq üçün tələb olunan prosedurlardan qaçan həmin qüvvələr bir vaxt Gürcüstan üzərindən də pul çatdırmağa başlamışdılar. Mexanizm belə qurulmuşdu ki, maliyyə vəsaitləri Gürcüstana göndərilir, oradan isə bəzi QHT nümayəndələrinin vasitəsilə Azərbaycana ötürülürdü.
Qərbin maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir.
Əvvəlcə Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir.
Bu fəaliyyətə indi USAID və onun qatı ermənipərəst rəhbəri Samanta Pauer başçılıq edirlər.
USAID 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir.
Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi.
Ancaq indi Azərbaycan özü bir çox dövlətlərə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir.
Bildirək ki, USAID ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur.
Bu yaxınlarda açıqlanmış “Demokratiya doktrinası” çərçivəsində bu vəsaitin müxtəlif ölkələrdə çevriliş planlarının reallaşdırılmasına yönəldiləcəyi şübhə doğurmur.
O zaman sual yaranır ki, USAID-in ölkəmizdə fəaliyyətinə ehtiyac varmı? Təşkilat Azərbaycan kimi inkişaf etmiş dövlətə sərf etdiyi vəsaiti, həqiqətən, ehtiyac olan ölkələrə, məsələn, yardıma möhtac Ermənistana xərcləsə, daha məntiqli olar. Onsuz da, onlar elə Ermənistan üçün gün ağlayırlar və heç zaman ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, soyqırımlarını dilə gətirməzlər. Budurmu insan hüquqları və demokratiya?
Aqil Vəlili