Vüqar Əhmədov – etibarlı enerji təminatı və sosial məsuliyyət prinsiplərinə sadiq rəhbər


Müasir Azərbaycanın dinamik inkişafı güclü iqtisadiyyat, müasir infrastruktur və dayanıqlı enerji sistemi üzərində qurulub. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində elektrik enerjisi təsərrüfatı müasir tələblərə uyğun yenilənir, şəhər və rayonlarda enerji infrastrukturu gücləndirilir, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm layihələr reallaşdırılır. Bu sahədə fəaliyyət göstərən əsas qurumlardan biri olan "Azərişıq" ASC ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Qurumun sədri Vüqar Əhmədov isə məsuliyyətli fəaliyyəti, peşəkar idarəçiliyi və dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilən rəhbərlərdən biridir.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin enerji potensialının inkişafına, güclü infrastrukturun formalaşdırılmasına və müstəqil dövlətimizin iqtisadi dayaqlarının möhkəmləndirilməsinə xüsusi önəm verirdi. Onun müəyyən etdiyi inkişaf strategiyası nəticəsində enerji sektoru ölkənin aparıcı sahələrindən birinə çevrildi və gələcək uğurların möhkəm təməli qoyuldu.

Bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sisteminin müasirləşdirilməsi, yeni elektrik yarımstansiyalarının tikilməsi, mövcud şəbəkələrin yenilənməsi, kənd və şəhərlərdə elektrik təchizatının yaxşılaşdırılması istiqamətində ardıcıl layihələr həyata keçirilir. Bu islahatlar nəticəsində Azərbaycanın enerji infrastrukturu daha da güclənərək müasir standartlara uyğun inkişaf edir.

Məhz belə bir inkişaf strategiyasının uğurla icrasında "Azərişıq" ASC mühüm missiya daşıyır. Qurumun sədri Vüqar Əhmədov rəhbərlik etdiyi kollektivlə birlikdə ölkənin müxtəlif bölgələrində elektrik təsərrüfatının yenilənməsi, yeni texnologiyaların tətbiqi və abonentlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Elektrik enerjisi müasir həyatın ayrılmaz hissəsidir. Sənaye müəssisələrinin, məktəblərin, xəstəxanaların, dövlət qurumlarının və milyonlarla insanın gündəlik həyatının fasiləsiz davam etməsi etibarlı enerji təminatından asılıdır. Bu baxımdan Vüqar Əhmədovun rəhbərliyi altında həyata keçirilən layihələr ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verir.

İdarəçilikdə peşəkarlıq, məsuliyyət və operativlik Vüqar Əhmədovun fəaliyyətinin əsas prinsiplərindən hesab olunur. O, kollektivdə sağlam iş mühitinin formalaşdırılmasına, əməkdaşların peşə hazırlığının artırılmasına və müasir idarəetmə prinsiplərinin tətbiqinə xüsusi önəm verir. Eyni zamanda vətəndaş müraciətlərinə həssas yanaşılması, problemlərin operativ həlli və xidmət keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.

Vüqar Əhmədovun fəaliyyətində sosial məsuliyyət anlayışı da xüsusi yer tutur. O, hər zaman şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin və aztəminatlı ailələrin yanında olmağa çalışır, onlara göstərilən dövlət qayğısına imkanları daxilində öz töhfəsini verməyi mənəvi borc hesab edir. Müxtəlif sosial təşəbbüslərdə iştirak etməsi, ehtiyac sahibi olan ailələrə dəstək göstərməsi və xeyriyyəçilik aksiyalarına diqqət ayırması onun humanist dünyagörüşünün göstəricisidir.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü bərpa etdi. Bu möhtəşəm qələbə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman Ordumuzun şücaəti və şəhidlərimizin müqəddəs qanı bahasına qazanıldı. Bu gün şəhid ailələrinə və qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vüqar Əhmədov da bu müqəddəs missiyaya həssas yanaşaraq onların problemlərinə biganə qalmamağa çalışır.

Onun fikrincə, cəmiyyətin gücü yalnız iqtisadi göstəricilərlə deyil, insanların bir-birinə olan qayğısı, həmrəyliyi və sosial məsuliyyəti ilə ölçülür. Bu səbəbdən də aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərə dəstək göstərilməsi mühüm vətəndaşlıq borcudur.

"Azərişıq" ASC-nin son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkəmizin enerji sisteminin daha da güclənməsinə xidmət edir. Yeni yarımstansiyaların tikilməsi, elektrik xətlərinin yenilənməsi, rəqəmsal texnologiyaların tətbiqi və müasir idarəetmə sistemlərinin qurulması Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə görülən işlərdə peşəkar kollektivin fəaliyyətinin düzgün təşkil olunması rəhbərliyin əsas vəzifələrindən biridir.

Vüqar Əhmədov hesab edir ki, dövlətə və xalqa xidmət hər bir rəhbərin əsas məqsədi olmalıdır. Məsuliyyətli idarəçilik, şəffaf fəaliyyət, vətəndaş məmnuniyyətinin təmin edilməsi və milli maraqlara sadiqlik hər zaman uğurun əsas şərtləridir. Bu prinsiplər onun rəhbərlik etdiyi kollektivin gündəlik fəaliyyətində də öz əksini tapır.

Bu gün Azərbaycan mətbuatı da dövlətimizin inkişafında, cəmiyyətin düzgün məlumatlandırılmasında, milli maraqların müdafiəsində və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. 150 illik zəngin tarixə malik milli mətbuatımız peşəkarlıq, operativlik və obyektivlik prinsiplərinə əsaslanaraq ölkəmizin informasiya təhlükəsizliyinə dəyərli töhfələr verir.

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bütün jurnalistləri, media nümayəndələrini və informasiya sahəsində çalışan əməkdaşları ürəkdən təbrik edir. O, Azərbaycan mətbuatının dövlətçilik dəyərlərinin təbliği, milli maraqların qorunması və cəmiyyətin maarifləndirilməsi sahəsində fəaliyyətini yüksək qiymətləndirir.

Vüqar Əhmədov bütün mətbuat nümayəndələrinə möhkəm cansağlığı, xoşbəxt ailə həyatı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni uğurlar və daim obyektiv sözün keşiyində durmağı arzulayır. O əmin olduğunu bildirir ki, Azərbaycan milli mətbuatı bundan sonra da ölkəmizin inkişafına, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə və cəmiyyətimizin tərəqqisinə öz dəyərli töhfələrini verməyə davam edəcəkdir.


Vüqar Əsədov