Bu gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyevin doğum günüdür.

Onu uzun illərdir tanıyan biri kimi hər zaman eyni fikirdəyəm: Elşad Hacıyev Azərbaycan polisi üçün nadir kadrlardan biridir. Media, polis və cəmiyyət arasında sağlam əlaqələrin qurulmasına verdiyi töhfələr, peşəkarlığı və operativ fəaliyyəti hər zaman diqqət çəkib.

Hörmətli Elşad müəllim, doğum gününüz münasibətilə sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dövlətimizə və xalqımıza xidmət yolunda uğurlarınız daim bol olsun.

Doğum gününüz mübarək!


Hacı Pərviz Həsənli