Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi
03-avq, 12:29 7 Gündəm / Sosial
Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə prospektində yeni tikilmiş binalardan birinin yaxınlığında baş verib.
Təpəlik ərazidən uçan torpaq qatı orada park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə maşına zərər dəyib.
Xatırladaq ki, bu ərazidə daha əvvəl də oxşar hadisələr qeydə alınıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:





