Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək


Avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start verilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. 
Bildirilib ki, 10-11 aylıq tikinti müddətində qatarlar “Nizami”-“28 May” arasında fəaliyyət göstərməyəcək. 
Qeyd olunub ki, həmin müddətdə “28 May” stansiyası bağlanmayacaq, çünki “İçərişəhər-Həzi Aslanov” xəttində dəyişiklik yoxdur.
Ətraflı videoda: