Uşaq evindən şikayət edən yeniyetmənin ruhi xəstə olmadığını deyən baş həkim işdən çıxarıldı
05-apr, 10:42 140 Gündəm1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, yaş həddi ilə əlaqədar Ağahəsən Rəsulovun əmək müqaviləsinə xitam verilib.
Səhiyyə Nazirliyi məlumatı saytımıza təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. A.Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlamışdı.