Azərbaycanda mina təhlükəsi ilə bağlı yeni layihə - İlk dəfə


Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi qrant müsabiqəsinin maliyyə, ANAMA-nın dəstəyi ilə “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsinin icrasına başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb.
“Gördüyümüz işi daha konkret izah edim: işğaldan azad edilmiş ərazilərdə kim harada minaya düşübsə, və ya bunu bilirsə, görübsə həmin şəxsi minaya düşdüyü, minalı olduğunu bildiyi əraziyə aparırıq. Bir başa həmin yerin koordinatlarını elə oradanca götürürük. Mina insidenti yerlərinin koordinatlarını götürərək hesabat hazırlayacağıq. Bu hesabatı ANAMA-ya və QHT Agentliyinə təqdim edəcəyik”, - o qeyd edib.
R. Kərimoğlunun sözlərinə görə, belə layihə Azərbaycanda ilk dəfə həyata keçirilir.