Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" proqramı


"Qanun və İcra” proqramı hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.  
08.04.2023-cü il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234 və 240-ci maddələri Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövrüyyəsi ilə əlaqədar cinayətlər və “Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlanma, istehsal etmə, əldə etmə, saxlama daşıma, göndərmə və ya satma” mövzuları baradə fikir mübadiləsi aparılacaq. 
Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin  digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların proqrama ünvanladıqları suallarını cavablandırmaq üçün proqrama ekspertlər dəvət etmişik: 
 
1. Abusəməd Səmədov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil


2. Əjdər Cavadov-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.  
 

3. Mirzə Xankişiyev- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil


4. Vüsal Səfəov- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil

Proqramın informasiya dəstəyi  “XeberTıme.az”, “UluSəs.az”, “Gündəlikxəbər.org”, “ZəfərYolu.az”, “XezerTv.info” və “dünyatv.az” sayıtlarına məxsusdur.
 
Yeganə Telmanqızı 
  “XeberTıme.az”