“Yuventus”un qapıçısı zədələndi
20-sen, 12:34 2 Gündəm / İdman
“Yuventus”un qapıçısı Kamil Qrabara zədə səbəbindən uzun müddətə sıradan çıxıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat verilib.
Məlumata görə, qapıçı sentyabrın 19-da, şənbə günü keçirilən məşq zamanı sağ dizindən zədə alıb. Elə həmin axşam Qrabara klubun “J|Medical” mərkəzində diaqnostik müayinədən keçib.
Müayinə nəticəsində onun sağ dizindəki ön çarpaz bağın qopması aşkar edilib. Yaxın günlərdə futbolçu müalicə üsulunu müəyyənləşdirmək məqsədilə əlavə müayinələrdən keçəcək.





