Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-sen, 15:45 30 Gündəm / Sosial
Hörmətli "Qanunyolutv.az" saytının oxucuları və izləyiciləri nəzərinizə çatdırım ki, 18.09.2026-cı il tarixində "Şuşa Dövlət Dram Teatr"ında vətən uğrunda canlarından keçən igid, mərd, qorxmaz, qəhrəman, Vətənpərvər oğullarımız Şəhid kapitan Abbasquluzadə Əli və kəşfiyyatçı Elman Əliyevin mövlud günü qeyd edildi.
Tədbirdə ilk öncə Azərbaycan Dövlət Himni səsləndi. Sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından-qanlarından keçən cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış üçün söz Şəhid Elman Əliyevin anası Sənubər xanıma və Şəhid kapitan Abbasquluzadə Əlinin anası Nəzakət xanıma verildi. Şəhidin anaları tədbirə gələn hər kəsi salamladılar. Hər iki Şəhid anası övladları haqqında, onların döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan, uşaqlıq xatirələrindən danışdılar və tədbir iştirakçılarına onları tək qoymadıqları üçün təşəkkür etdilər.

Çıxışlardan sonra tədbirdə vətənpərvər mahnılar, şeirlər səsləndirildi. Vətənpərvər müğənni Arif Səlimovun ifası tədbirə xüsusi zövq verdi. Birdə onu da xüsusilə qeyd etmək istəyirəm ki, tədbirdə iştirak edən şəhidimizin bizlərə olan əmanəti balaca ürəkli Nişanə balamızın bir misra dediyi şeir hər kəsi kövrəltdi.
Çıxışlardan, ifalardan və bədii qiraətlərdən sonra şəhid analarına təqdimatlar oldu, şəhidlərin adına hazırlanan tort kəsildi və xatirə şəkilləri çəkildi.
Tədbirdə Şəhid anaları, qazilər, Şəhid övladları, QHT rəhbərləri, müğənnilər, şair və yazıçılar, KİV əməkdaşları iştirak edirdilər. Onu da qeyd edim ki, bu tədbirdə əməkdaşımız "Qanunyolutv.az" - saytının icraçı direktoru, həmişə Şəhid və Qazi ailələrinin yanında olan, tədbirlərdə fəal iştirak edən, Vətənpərvər xanım İradə Şirinova da vətəndaşlıq borcu olaraq yaxından iştirak edib və tədbirdən diqqətə layiq fotalar çəkib, özünə borc bilərək paylaşın edibdir.
P.S.Əziz izləyicilərimiz məndə "Qanunyolutv.az" - saytının rəhbəri olaraq kollektivimiz adından İradə xanıma dərin təşəkkürümü bildirib ona çox sağ ol deyirəm. Sonda isə mən, İradə xanım və kollektivimiz adından şəhidlərimizə Allahdan rəhmət, Şəhid analarına səbr diləyirəm!

CƏNNƏTDƏKİ MÖVLUDUNUZ MÜBARƏK OLSUN ŞƏHİD QARDAŞIMIZ ELMAN VƏ ƏLİ!
Materialı hazırladı: "Qanunyolutv.az"-ın rəhbəri, AJB-nin üzvü ARİF SÜLEYMANLI
"Qanunyolutv.az"-ın icraçı direktoru İRADƏ ŞİRİNOVA





