Darmadağından sonra istefa verdi
21-sen, 10:30 6 Gündəm / İdman
Türkiyənin “Eyüpspor” klubu baş məşqçisi Özhan Pulatla yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Bildirilib ki, Pulat “Fənərbaxça”ya acınacaqlı məğlubiyyətlə (0:8) nəticələnən oyundan sonra istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. İdarə heyəti ilə aparılan müzakirədən sonra onun istefası qəbul olunub.





