Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
29-sen, 11:27 12 Gündəm
Cəlilabad rayonunda qadın bıçaq xəsarəti alıb.“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Göytəpə şəhər sakini ehtiyatsızlıqdan yaşadığı evin pilləkənlərindən yıxılıb. Bu zaman qadının əlində olan mətbəx bıçağı onun qarın boşluğuna batıb.
O, dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
İlkin məlumata görə, 24 yaşlı şəxs yaxın qohumları ilə evdə turşu hazırlayırmış.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov





