29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı
11-okt, 11:10 10 Gündəm / Kriminal
Cəlilabad rayonunda kişi meyiti tapılıb.“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndində qeydə alınıb.
Belə ki, 29 yaşlı Sənan Əbilov yaşadığı evin həyətlərində yerləşən yarımtikilidə ölü tapılıb.
Hadisənin başvermə səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.





