Əhəd balanın 4 yaşı tamam olur – ailənizin sevincinə sevinc qatılsın!
12-okt, 14:33 35 Gündəm / Sosial
Bu gün ailənizin ən böyük sevinc mənbəyi, evinizin nuru, qəlblərinizin fərəhi olan Əhəd balanın 4 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə balaca Əhədi ilk növbədə anası Aynur xanım, atası Xələf bəy, nənələri, babası, bibiləri və Zeferyolu.az saytının rəhbəri Jalə Ağakişiqızı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək və parlaq tale arzulayırlar.
Əziz Aynur, illər sonra Əhəd balanın ailənizə gəlişi həyatınıza elə bir xoşbəxtlik, sevinc və fərəh gətirdi ki, sanki evinizə günəş doğdu, ocağınızın hər guşəsi işıqlandı, qəlbləriniz sevgi ilə doldu. Onun dünyaya gəlişi sizin üçün yalnız bir övladın dünyaya göz açması deyil, həm də illərlə gözlənilən arzuların gerçəkləşməsi, ailənizin həyatında yeni və gözəl bir səhifənin başlanması oldu.
Əhəd balanın gülüşü evinizin ən gözəl musiqisinə, şirin danışığı könüllərinizin məlhəminə, hər bir addımı isə gələcəyə uzanan ümid yolunuza çevrildi. Onun sevincinə baxaraq sevinən, xoşbəxtliyini öz xoşbəxtliyi bilən insanlar sırasında olmaq bizim üçün də böyük bir fərəhdir. Allah bu gözəl sevincinizi daim etsin, balanızın xoş günlərini görməyi sizə nəsib etsin!
Əziz Aynur, arzum budur ki, Əhəd balanın hər yeni yaşı ailənizə daha böyük sevinc, ruzi-bərəkət və xoşbəxtlik gətirsin. O, sağlam böyüsün, gözəl tərbiyəsi, biliyi, mərhəməti və xeyirxahlığı ilə hər zaman valideynlərinin başını uca etsin. Həyat yolu açıq, bəxti gözəl, arzuları gerçək olsun!
Əhəd bala, 4 yaşın mübarək! İnşallah, bu gün qeyd etdiyimiz 4 yaşının yanına bir sıfır da əlavə edək, 40 yaşını da elə bu sevinc, məhəbbət və xoşbəxtlik içində təbrik edək! Allah səni ata-ananın gözünün nuru, ailənin qüruru, xalqına və Vətəninə layiqli övlad etsin!
Ad günün mübarək, balaca Əhəd! Allah səni qorusun, ömrünü uzun, bəxtini gözəl etsin!





