“Azeri Light”ın qiyməti 126 dollara qalxdı
31-okt, 10:34 10 Gündəm
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.88 dollar və ya 3,17% artaraq 126.16 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 122.28 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.





