Paytaxtda ağacəkmə aksiyası - Fotolar


Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə ağacəkmə aksiyası təşkil edilib. Aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri  iştirak ediblər.
 “Xezertv.info” xəbər verir ki, aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun yeni ağaclar əkilib. BŞİH və komitə tərəfindən sabah və gələn həftə ərzində minlərlə  yeni ağac əkiləcək.
Heydər Əliyevin doğum günüdə   keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. 
 Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Yaz mövsümü ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.