Polkovnik Elman Hüseynovun doğum günüdür


Ömrünün önəmli bir hissəsini ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidmət yolunu  SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyin Daxili Qoşunlarında, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsində, Azərbaycan milli qvardiyasında  və Ədiliyyə Nazirliyinin  mühafizə alayında hərbi və polis xidmətlərinə  həsr edən  yüksək intellektual  səviyyəsi və idarəçilik qabiliyyəti ilə seçilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib)  sədrinin  təşkilat  məsələləri üzrə səlahiyyətli nümayəndəsi- Avmvib  Nəsimi rayon şöbəsinin sədri, Azərbaycan  Respublikası Beynəlmiləlçi  Əlil Döyüşçülər   Fondun fəxri üzvi,    AzərbaycanBayrağı Ordenli  istefada olan polkovnik Hüseynov Elmar Knyaz oğlunun  aprel ayının  30 — da  65 yaşı tamam olur.
   Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan  istefada olan polkovnik Hüseynov Elmar Knyaz oğlunu doğum günü münasibətilə  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi, Din- Daxili Qoşunların və  Ədiliyyə Nazirliyinin Konvoy Mühafizə alayının hərbi  vəzifəliləri,AVMVİB-in Fədai .az kollektiv,doğmaları, döyüş və iş yoldaşları səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Elmar müəllim qoy  yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni illiniz isə ötən illərdən daha gözəl istəklərnizə uyğun sizə xoşbəxt edəcək şəkildə keçsin.
     Polkovnik Hüseynov Elmar  Knyaz oğlu  1958 -ci ilin  aprel ayının  30 -da  Azərbaycan Respublikasının  Daşkəsən  rayonunda  zəhmətkeş ailədə anadan olub.
   1975 -ci  Daşkəsən şəhər  Səməd Vurğun adına  4 saylı tam orta məktəbi,  1979 — cu ildə  SSRİ Daxili işlər Nazirliyin Daxili Qoşunların Tiflis şəhərində yerləşən  tədris alayında  bölüyün baş cavuşu və taqım komandiri  kursunu,  1983 — cü ildə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  LKGİ- nin 60 -iliyi  adına  Leniqrad  (Sankt-Peterburq) Ali Hərbi Siyasi məktəbi,  1998-ci ildə  Naxçıvan Dövlət Universitetini, 2001-ci ildə   isə ABŞ, Luiziana  Ştatı  Üniversitetinin Böhranı İdarəetmə  və Antiterror kursunu bitrib. O, SSRİ və  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi  illər ərzində Daxili Qoşunların  Gürcüstan Respublikasının  Ksani rayonunda  Tiflis və Rustavi  şəhərində Azərbaycan Respublikasının isə Bakı  şəhərində yerləşən divziyalarında və hərbi hissələrində keçiriilən təlim -metodiki toplanışlarda,komanda- qərargah məşqlərində,  müvafiq kurslarda, xüsusi- taktiki təlimlərdə, nümnəvi göstərici  məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.
    1976- 1978- ci illərdə  SSRİ Daxili İşlər  Nazirliyinin Daxili Qoşunların   Gürcüstan və Azərbaycan   Respublikalarında yerləşən Divziyaların konvoy — mühafizə alayında  rabitə stansiya qurupun rəisi , bölük başcavuşu, taqım komandiri,böluk komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri və tabor qərargahının rəisi vəzifələrində olub.  1990 — 1992- ci illərdə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı milis dəstəsində  bölük komandiri,1993- 1994 — cü illərdə Azərbaycan Respubilkası Milli Qvardiyasında  alay komandiri və   milli qvardiya komandanın müavini, 1994- 2005 -ci illərdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Penitensianar  Xidmətinin Mühafizə Alayında qərargah rəisinin  döyüş xidməti üzrə müavini və Alay komandiri vəzifəsində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edıb.
    1990- 1993 -cü illərdə Azərbaycan Respublikasının  ərazi bütövlüyü uğrunda  ( Xocalı, Laçın , Qubadlı, Ağdərə, Ağdam, Şuşa, Goronboy və Göygöl rayonları istiqamətində) gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
  1990 — cı ilin noyabr ayında  Şuşa şəhərində Xocalı hava limanın qorunmasında,   1991 — ci illin aprel və may aylarınında  isə Xanlar  (Göygöl) rayonun Caykənd, Qarabulaq, Kamo, Azad ( Yen Zod), Goronboy rayonunun isə Todan, Erkec, Mənəşli,  Buzlaq kəndlərinin ermənlərdən təmizlənməsində Polkovnik Elmar Hüseynovun  xüsusi rolu olub.
     Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və döyüş xidməti nizamnamələrin tələblərinin ,əmr və sərancamların dəqiq yerinə yetirilməsi işində tabeliyindəkilər üçün nümunə olmuşdur.
    O , Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Xüsusi Təyinatlı Milis Dəstəsində,  Azərbaycan  Milli Qvardiyasında və Ədiliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayında xidmət etdiyi illər ərzində  özünü qorxmaz , insanpərvər, səxavətli, əliaçıq, işgüzar, yüksək intellektual səviyyəli   zabit kimi göstərmişdir. Polkovnik Elmar Hüseynov istər  orta və ali təhsil müəssisələrində təhsil aldığı  ilərdə , istərsə də  xidmət etdiyi  və işlədiyi  kollektivlərdə və ictimai təşkilatlarda , dost- tanış, qohum- əqrəba   arasında özünə layiq hörmət qazanmışdır
     Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  şəhərdə, yaşayış məntəqələrində  və cəzaçəkmə müəssisələrində  baş vermiş kütləvi  ixtşaşların qarşısının alınmasında,  cinaətkarlığa qarşı mübarizənin təşkilində,  axtarışda olan şəxslərin  tutulmasında  və zərərsizləşdirilməsində, fövqalədə vəziyət zamanı hüquqi rejim və karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
   Hərbi və  ictimai vəzifələrinin icrası zamanı yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə  SSRİ  və Azərbaycan Daxili İşlər  Naziri, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin,  Ədiliyyə Nazir və onun müavinlərinin (Pentesianar xidmət rəisinin) Diviziya və hərbi hissə komandirinin, Alı hərbi məktəb rəisinin,  Xüsusi təyinatlı milis  dəstə komandirinin, Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə ( » Din əlacı» , » Daxili Qoşunların isə 1-ci və 2- ci dərəcəli  döş,   yubley və müvafiq idman dərəcəsi nisanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib.
44 günlük Vətən Müharibəs zamanı  vətəndaşlıq borcunu layiqincə yerinə yetirdiyinə, Azərbaycan Ordusuna  döstərdiyi  maddi və mənəvi dəstəyə görə Azərbaycan Ordusunun baş Qərargah rəisinin,  Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən  korpus və hərbi hissə  komandirlərinin müvafiq əmrləri ilə  fərmanla təltif olunub.
 Hərbi və ictimai vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə aşağıdakı medalarla təltif olunub:
1.»Azərbayca  Respubilkası Silahlı Qüvvələrinin yaranmasının 70- illiyi ( 1918-1988)” medala;  
2.»Qusrsuz xidmtə görə”  1-ci dərəcəli medal-Sillahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə”  2-ci  dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Sillahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.»Daxili İşlər Nazirliyinin   Daxili Qoşunların  Sankt-peterburq Hərbi İnstitutunun (məktəbin)  yaranmasının  70 -illiyi medala;
 Elmar Hüseynov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  Nəsimi rayon şöbə sədrinin vəzifələrini yernə yetirərkən fəriqləndiyinə görə,AVMVİB-nin və digər təşkilat sədirlərinin  təsis etdiyi aşağdakı medalarla təltif edlib:
  1. «Böyük Zəfər” medala; 2.”Müharibə Veteranı» medala;
3.»AVMVİB-in  yaranmasının 25 illiyi (1994-2019)” medala;
4.”Azərbaycan Respublikası Sillahlı Qüvvələriniin yaranmasının 100 -illiyi (1918-2018)” medala,
5.”Fədai” medala;
6.”Qazaxıstan Respublikası Veteranlarının Abay xatirə “medalı ilə.
       Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyün qorunub saxlanılmasında,  hərbi hissəyə həvalə edilmiş vəzifələri yerinə yetirilməsində xüsusi xidmətlərinə görə  Azərbaycan Respublikası Prezidentinin   1999 -cu il tarixli  12 yanvar sərancamı ilə  polkovnik  Elmar Hüseynov  Azərbaycan Respubilkasının «Azərbaycan  Bayrağı» ordeni ilə təltif  edilib.
ELMAR MÜƏLLİM 65 İLLİK YUBİLEY YAŞINIZ  MÜBARƏK OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN.