Həyacan təbili: Mingəçevir sakini Vilayət Eyvazova müraciət etdi-VİDEO
09-may, 11:29 167 Gündəm / CəmiyyətMedia tək hansısa baş vermiş hadisəni cəmiyyətə operativ, dəqiq və doğru çatdırmaqla mükəlləf deyil, həm də vətəndaşların ictimai vəkili olaraq üzləşdiyi hər bir problemin həllinə nail olunması üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırmaq, onıarən problemlə
rinin həlli istiqamətində tribuna rolu oynamaqdır. Bəzən insanımız hansısa çinovnikin özünün və ya yaxın çevrəsi tərəfindən hansısa qanunazidd və ya bu kimi problemlə üzləşincə öz haqqını bərpa etmək yönündə dalana dirənmiş olur ki, bunun da çözülməsində yeganə çıxış yolunu KİV-ə müraciət etməkdə görür və əslində elə problemin həlli də bununla reallığa qovuşmuş olur. Milli Lider Heydər Əliyevin ərz etdiyi kimi, mən o jurnalistikaya minnətdaram ki, dövlətin nəzərindən yayınmış olan hansısa nöqsanı görüb üzə çıxarır...Bəli, doğrudan da dəqiq və qərəzsiz, ən əsası da vicdanlı yanaşılmaqla baş vermiş neqativ halın aradan qaldırılması istiqamətində medianın rolu danılmazdır.
Redaksiyamıza Mingəçevir şəhər sakini Mustafayeva Gülnar Tehran qızı müraciət edərək saytımız vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə, Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova, DTX rəisi Cənab Əli Nağıyevə ünvanladığı video müraciətin ictimailəşməsi və bununla da vətəndaş Əhmədbəyli Müşərrəf Bəhlul qızı tərəfindən dələduzluq hərəkətlərinə məruz qaldığını, məsələnin hüquqi həlli istiqamətində köməklik göstərilməsini xahiş etmişdir.
Video müraciətdə DYP YPX Alayının komandiri olmuş, hazırda təqaüddə olan polkovnik Balakişi Əhmədovun adının da hallandığı bu dələduzluq olayında qardaşı qızına dolayısı ilə himayədarlıq etməsi önə çəkilir. İnanırıq ki, qeyd olunan məsələ hüquq mühafizə orqanlarının rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hüquqi qiymət veriləcək, hər hansı qeyri-qanuni maneələrlə günahkar şəxslərin məsuliyyətdən yayındırılmasının şahidi olmayacağıq. Müraciəti diqqətdə saxlamaqla, növbəti yazılarımızla mövzuya qayıdacağıq...
reportyor.org
00:06
03:20