Böyük tarixi şəxsiyyət Heydər Əliyev sözü ilə: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır" layihəsinə start verildi
12-may, 18:26 143 GündəmÖlkə başçısı cənab İlham Əliyev,2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqında sərəncam imzalamışdır. Uluöndər, milli lider, dahi insan Heydər Əliyevin 100 illik yubleyi ölkəmizdə qürur hissi, sevinclə qeyd edilir.
Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova və Eko Parkın direktoru Xumara Əliyeva "Daimi prezidentimiz Heydər Əliyevin bugünkü dövrümüzün inkişafı üçün gördüyü işlər danılmaz və unudulmazdır. Gələcəyimiz olan uşaqlar Heydər Əliyevin Azərbaycanın inkişafı üçün onlara qoyduğu tövsiyələri öyrənməli və davam etdirməlidirlər.
Vətənə layiqli övladlar olmalarının əsası hər bir təbəqədən olan uşaqların sosiallaşmasıdır. Bu səbəbdən də uşaqların bir yerdə asudə vaxtlarını səmərəli keçirərək dincəlmələri, düşüncələrini bölüşmələri, intellektual oyunlar keçirmələri məqsədə uyğundur"deyə bildirmişlər və Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yüzlərlə uşaq üçün Zirə Mədəniyyət Mərkəzi -Eko Parkda gələcəyimiz hər bir təbəqədən olan uşaqların sosiallaşması üçün turlar təşkil edərək böyük tarixi şəxsiyyət Heydər Əliyev sözü ilə: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır". layihəsinə start vermişlər.
Fərid Faiqoğlu
AJB-nin üzvü
Share
Tweet
Share