Ağdamda azad edilən ərazidə kütləvi məzarlıq aşkarlanıb
19-iyn, 11:30 119 GündəmAPA-nın Qarabağ bürosu xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.
Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.
Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetiriblər. Meyitləri isə quyuya ataraq basdırıblar.