“Ermənistanın Naxçıvanla sərhəddə təhlükəli zavod tikməsi hüquq pozuntusudur” - ŞƏRH
19-iyn, 11:33 125 Gündəm“Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Arazdəyən kəndində ekoloji təhlükəsizliyə təhdid yaradan metallurgiya zavodu inşa etməsi həm də beynəlxalq hüquq normalarının pozulması deməkdir”.
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev deyib. Deputat qeyd edib ki, hətta zavodun inşası zamanı ekoloji, sanitar-texnoloji normalara əməl edilsəydi belə, müəssisənin transsərhəd zonada yerləşməsi ciddi pozuntudur:
“Məsələ ondadır ki, Ermənistanın da üzv olduğu beynəlxalq konvensiyaya görə, iki ölkənin sərhədində yerləşən və qonşu ölkənin ekologiyasına təsir edə biləcək obyektlərin tikintisi mütləq müzakirə olunmalı, razılaşdırılmalıdır. Zavodun illik istehsal gücü 180 min tondan yuxarı olacaq. Deməli, kifayət qədər böyük həcmdə zəhərli qaz və müxtəlif tullantılar cəmi bir kilometrlik məsafədən ölkəmizə daxil olacaq.
Normal dövlətlər belə məsələləri sivil qaydada həll edirlər. Əfsuslar olsun ki, Ermənistan üçün bu normalar keçərli deyil. Bu ölkə hər zaman regiona və Azərbaycana təhlükə yaratmağa can atır. Artıq bir neçə dəfə istismar müddətini başa vurmuş Metsamor Atom Elektrik Stansiyasını, Zəngilan rayonu ərazisində Oxçuçayın, Araz çayının çirkləndirilməsini, 30 il ərzində işğalda saxladıqları ərazilərin meşələrini, təbii sərvətlərini talamaqlarını xatırlamaq kifayətdir ki, bu ölkənin ekologiyaya münasibətini müəyyənləşdirəsən.
Problemin qarşısını almaq üçün yerli və əcnəbi mütəxəssislərin iştirakı ilə komissiya yaradılmalı, ekoloji testlər keçirilməli və rəylər beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılmalıdır. Bir çox inkişaf etmiş ölkələrdə oturuşmuş “Yaşıllar hərəkatı”, ətraf mühitin qorunması üzrə qeyri-hökumət təşkilatları aktiv fəaliyyət göstərirlər. Bizim yerli ekoloqlar, təşkilatlar artıq bununla əlaqədar müraciət ediblər. Xarici ölkələrdə fəaliyyət göstərən təşkilatların, ekoloji təhlükəsizliklə bağlı mübarizə aparan fəalların da prosesə cəlb olunması, düşünürəm ki, səmərə verə bilər. Həmin şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri ermənilərin törətdikləri ekoloji təhlükələr haqqında daha ətraflı informasiyaya sahib olmalı, bu vəhşilikləri gözləri ilə görməlidirlər. Təbii ki, bütün bunlar təsir etmədikdə son söz məhkəmənin olacaq”.
Qeyd edək ki, ABŞ-nin “GTB Steel” şirkəti Ermənistan ərazisində iri metallurgiya zavodu tikir. 70 milyon ABŞ dolları sərmayə qoyulmuş layihənin icrasına başlanılıb. Müəssisə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə inşa edilir. Böyük istehsal müəssisəsi kimi planlaşdırılan zavodun sahəsi 16 500 kvadratmetr olacaq. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək. Bu da kifayət qədər böyük tullantı və zəhərli qaz deməkdir.
Müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1 000 nəfərə çatacaq. Zavodu inşa edənlərin iddiasına görə, müəssisə Naxçıvanla sərhəddən cəmi 800 metr aralıda yerləşir. Müəssisənin transsərhəd bölgədə yerləşməsi isə ekoloji təhlükəsizliyə, regiona təhdid kimi dəyələndirilir.
Aysel Aslan