Gəncədə ərlə arvad arasında qanlı mübahisə: 10 gün əvvəl barışıblarmış - TƏFƏRRÜAT

Gəncədə kişinin arvadını, sonra özünü bıçaqlamasının təfərrüatı məlum olub. 
Oxu.Az xəbər verir ki, şəhərin Sevinc qəsəbəsində baş verən hadisə zamanı 34 yaşlı Ramin İmanov həyat yoldaşı 35 yaşlı Şəhla Bayramovaya 12 bıçaq zərbəsi vurub. 
Bundan sonra R.İmanov özünə xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, cütlük bir il əvvəl boşanıb.
Onlar təxminən 10 gün bundan qabaq yenidən barışıb. Ailənin üç azyaşlı övladı var.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır. 
02:29
Gəncədə ərlə arvadın mübahisəsi bıçaqlanma ilə bitib.
APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbədə yaşayan kişi həyat yoldaşını, daha sonra özünü bıçaqlayıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Samir İsayev