XİN-dən diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təbriki
09-iyl, 11:26 106 GündəmAzərbaycanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı gününü təbrik edib.
Bu barədə XİN-in "Twitter" hesabında paylaşım olunub.
“9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür.
Xarici İşlər Nazirliyində və Azərbaycanın xaricdəki 89 diplomatik nümayəndəliyində çalışan həmkarlarımızı ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işlərində daim müvəffəqiyyətlər arzulayırıq!”, - XİN-in paylaşımında qeyd olunub.
XİN başçısı Ceyhun Bayramov da həmkarlarını təbrik edib.
“Peşə bayramımız münasibətilə ölkəmizin mənafeyinin keşiyində duran həmkarlarımızı təbrik edirəm”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Twitter"dəki hesabında yazıb.
“Bu gün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
Peşə bayramımız münasibətilə ölkəmizin və xalqımızın mənafeyinin keşiyində duran həmkarlarımızı səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
Bayramınız mübarək!”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.