Ağcabədidə toyda 30-dan çox şəxs zəhərləndi - YENİLƏNİB
10-iyl, 10:49 111 Gündəm / BölgəAğcabədi rayonu Rəncbərlər kəndində ev şəraitində təşkil olunmuş məclisdə baş vermiş zəhərlənmənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar qonaqlara təqdim olunub:
“Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcək”.
09:23
Ağcabədidə toyda kütləvi zəhərlənmə olub.
APA xəbər verir ki, Rəncbərlər kəndində keçirilən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb.
Könül Cəfərli