Azərbaycan Prezidenti: “Biz Ermənistanın torpağında savaşmadıq və Zəfər çaldıq”
02-avq, 12:10 100 Gündəm / Siyasət“Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Azərbaycanın siyasi amillərə, işğal altındakı ərazilərdə uzunmüddətli infrastruktur layihələrinə, minalarla dolu müdafiə sədlərinə baxmadan müharibədə qalib gəldiyini xatırladan Prezident İlham Əliyev qeyd edib:
“Sonradan “Zəfər yolu” adlandırdığım yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq”.