Mülki ermənilərin “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb
25-avq, 11:45 98 Gündəm“Report” xəbər verir ki, bu gün məntəqədən Gorus-Xankəndi istiqamətində BQXK-ya məxsus ümumilikdə 10 nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan beşi BQXK-nın üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, altı nəfəri müşayiətçi, iki nəfəri isə tibb işçisidir.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərir.
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.