Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə
26-avq, 12:56 100 Gündəm / SiyasətÖlkəmizdə keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilir
Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk oyunlara ev sahibliyi etməsi ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanırdı. ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyevanın Sədr təyin edilməsi artıq hər şeyi demiş oldu. Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxalq təşkilatlar, xarici qonaqlar “Eurovision-2012” yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində “Eurovision” tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı. 2017-ci ildə isə paytaxtımızda keçirilən islam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Mehriban Xanım Əliyevanın Sədrlik etməsi də, əlbəttə ki, IV islam Həmrəyliyi Oyunlarının 2017-ci ilin ən böyük idman hadisəsi olduğunu göstərdi.
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Göründüyü kimi, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də, elə bu bəşəri dəyərlərə münasibətinin və fəaliyyətinin nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də elə gördüyü işlərin nəticəsidir. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə, Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə, Moskvanın və bütün Rusiyanın patriarxı Kirili təltif etdi. Bu yüksək ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.
Mehriban Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və cahanda məxsusi dəyərlərini ortaya qoyaraq, öz həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz bir obraz həkk edir. Azərbaycanın çiçəklənməsinin və beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verən Mehriban xanım Əliyevanın gələcək fəaliyyətinin əsasında daha geniş planlar və layihələrin həyata keçirilməsi dayanır.
“Mehriban xanım Əliyeva öz humanist əməlləri ilə, insanlara olan münasibəti, xeyirxahlığı, ailə dəyərlərimizə hörməti ilə Azərbaycan ailəsi üçün bir nümunədir. Mehriban xanım ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta bütün dünya qadınları üçün örnəkdir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı qadını üçün iftixar və qürur mənbəyidir”.
Böyük işlər və nəcib əməllər sahibi, xalqın sevimlisi, Heydər Əliyev fondunun prezidenti, xeyirxahlıq və mərhəmət elçisiMehriban xanım Əliyeva doğum gününüz mübarək!
Biz Mehriban xanımı ürəkdən təbrik edir, can sağlığı, nailiyyətlər, ailə səadəti, yeni zirvələri fəth etməyi arzu edirik”.
Tural Abbasov
"Azərsu" ASC, “Birləşmiş Sukanal” MMC-nin direktoru