Tanınmış xeyirsevər sahibkarın ad gününə ÖZƏL TƏBRİK
28-avq, 14:58 107 Gündəm / CəmiyyətHər kəs onu bacarıqlı, ağıllı, xeyirsevər və məqsədyönlü sahibkar kimi tanıyır. Əməlləri, gördüyü çoxsaylı işlər bunu deməyə əsas verir.
O isə bu yolu asan və rahat qət etməyib. Sadə zəhmətkeş ailədən Moskvaya yol alıb, orda iş qurub, sahibkar olub. Çətin, ağır günlər keçirib, ancaq mətin iradə, bacarığı ilə maneələrin öhdəsindən gələrək irəli gedib. İndi ölkənin ən tanınmış iş adamlarından biridir Alxan müəllim.
Paşayev Alxan Dədəxan oğlu 1966-cı ilin 28 avqustunda Ağsunun Cəfərli kəndində külfətli bir ailədə dünyaya göz açıb. Ailədə səkkiz övladın ilki olub. Dörd qardaş dörd bacını zəhmətkeş, müxtəlif vəzifələrdə çalışaraq Dədəxan ata böyüdüb. Alxan bəy hər zaman atası, anası ilə qürur duyur. Onların zəhmətini, əməyini yüksək qiymətləndirir.
Alxan Paşayev deyir ki, ölkədən çıxışı ali təhsil almaq amaclı olub. Bu yolun bəxş etdiyi fürsətlər onun Moskvada tanınmış sahibkar kimi formalaşmasına səbəb olur. Hətta mərhum prezident Heydər Əliyevin ölkə xaricindəki azərbaycanlı iş adamlarına çağırışı ilə ölkəsinə geri dönərək çoxsaylı iş görən ilk sahibkarlardan olub. Ölkəsində çoxsaylı çətinlik və problem yaşasa belə hər birinin haqq - ədalət çərçivəsində həllinə nail olur.
"Orta məktəbi Ağsuda bitirdikdən sonra Ukraynaya ali təhsil almağa yollandım. 1991-ci ildə Xarkovda iqtisadiyyat üzrə ali təhsil aldım. Gördük ki, Rusiyada dolanışıq üçün yaxşı qazanc yeri var və Moskvaya köçdük orda biznes sahəsi ilə məşğul olduq. Sahibkarlıqla, ticarətlə məşğul olaraq Moskvanın tanınmış iş adamlarından birinə çevrildim. Sonra başıma iş gəldi. Maşınımı oğurladılar, bir həftədən sonra maqazinimi yarıb seyfi apardılar. Ondan sonra 2000 - ci ilərdə öz ölkəmizdə Sumqayıt şəhərində şadlıq evi tikmişdim, maqazinlər açmışdım. Ulu öndərimiz Heydər Əliyev 2000-ci ildə ölkədən kənar iş adamlarına müraciət etdi ki, gəlin ölkədə tikin yaradı. İş yerləri açılsın, ölkə inkişaf etsin, inkişafa, iqtisadiyyata töhfə olsun. Düşündüm ki, bunu etsəm ölkəm, xalqım adına böyük iş olar. Buna görə ilk səs verənlərdən biri mən oldum. Gəldik, başıma çox işlər gəldi, ancaq ölkə, Vətən, xalq adına sarsılmadım, işlərimi davam etdirdim. Böyük şadlıq evini 2003-cü ildə söküb qoydular yerə. Ulu öndərə Sumqayıt deputatları yalnış məlumat verdilər. Sonra araşdırdılar ki, öz halal pulumla bunu etmişəm, əl çəkmədilər. Yenidən il yarım sonra tikib şadlıq sarayını təhvil verdim. Sumqayıta da dərs oldu ki, bu iş adamı öz sözünü dedi"
Hər zaman öz iradəsi, bacarığı ilə sözünü deyən Alxan Paşayevin mebel salonu,
Kürdəmirdə, Ağsuda iri heyvan ferması var. Zamanla fermer təsərrüfatlarının sayını çoxaldan sahibkar çoxsaylı insanları işə götürüb, bəzilərinə maddi yardım edib. Alxan Paşayev ilk xeyirxah əməlini öz kəndinə, öz həmyerlilərinə edib. Ağsunun Cəfərli kəndində yol çəkdirib, məktəb tikdirib, gənclərini ölkədə, Moskvada işlə təmin edib. Neçə-neçə gənci oxutdurub, xəstələri əməliyyat etdirib. Onun xeyirsevər əməlləri çox insanın həyatını xilas edib. Ailəlidir, üç övladı var. Bir qızı rəhmətə getsə də, iki qız övladından altı nəvə sahibidir. Bu gün övladları, nəvələri, xalqının savadlı şəxsləri ilə qürur duyur Alxan müəllim. Çünki onlar təhsildə seçilir, uğur qazanır və əməyi yüksəldir. Alıxanlı Alxan adlı nəvəsi 7-ci sinfi fərqlənmə ilə bitirdiyinə görə qızıl medal, Telman Mayılov isə FHN-nın keçirdiyi yarışda Moskvada birinci yerə çıxdığına görə ali təhsil ocağına imtahansız qəbul qazanıb. Hər iki nəvənin uğuru onun bu günki ad gününə böyük hədiyyədir. Deyir ki, 58 illik ömrünü biznesə, dövlətinin iqtisadi inkişafına, işsizlərin işlə təminatına, dövlətə layiqli xidmət etməyə həsr edib. Nə qədər maneə və çətinlikər olsa belə xidmətində davam edəcək. Ona dəfələrlə vəzifə təklif etsələr də həmişə xeyirsevər sahibkar olmağı seçib və belə də xidmətində davam etməyi üstün tutur.
"Dövlət, xalq üçün bu ölkəyə geri qayıtmışam. Yoxsa ruslar məni geri buraxmırdı. Vəzifəyə layiq adamsan deyirdilər. 2007-ci ildə tamamilə köçmüşəm ölkəyə. Ona qədər gəlib gedib bu ölkəyə öz töhfəmi verirdim. Amalım yaxşı çalışmaq, sahibkar kimi ölkə iqtisadiyyatının inkişafına, işsizlərin iş tapmasına töhfə vermək, cəmiyyətə, dövlətə layiqli xidmət etmək, öz brendini, öz biznes şəbəkəni artırmaqdır. Maneə olanlara qarşı mübarizəm sona qədərdir. Azərbaycan insanları istedadlı və savadlıdır. Başım sahibkarlığa qarışdı, öz ixtisasımı işlətmədim. Mənə vəzifə təklif etsələr də sahibkarlığı seçdim, belə də ömür qismət etdiyi qədər davam edəcəm "
Çoxsaylı media şəbəkəsinin təsisçisi, baş redaktoru olaraq mən Rəsafil Bayramov və kollektiv bacarıqlı sahibkar Alxan Paşayevi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, biznesində və xeyirxah əməllərində uğurlar diləyirik. Bu ölkənin sağlam, güclü iqtisadiyyatı sizin kimi sahibkarların əlindədir. Fürsət və imkanlar çərçivəsində, monopoliya maneəsi olmadan siz sahibkarlar ölkə iqtisadiyyatını ən pik inkişaf dövrünə çatdırar, sadə zəhmətkeşlərin, xalqın yüksək rifah və bolluq içində yaşamasına vəsilə olarsız. Biz buna əminik. İllər öncə və indi də siz buna çalışırsız. Çoxsaylı işləriniz bunun bariz sübutudur. Ömür sizlərə ölkə iqtisadiyyatının və xalqın ən gözəl ağ günlərini görməyi qismət etsin. Ən əsası bu ağ günlərdə ən böyük imza sizlərin olsun. Hər zaman işiniz uğurlu, maneləriniz az, mübarizə və qalibiyyət sizinlə olsun. Çox yaşayın, çox işlər görün xeyirsevər Alxan Paşayev!
Rəsafil Bayramov
ATATV. AZ xəbər saytının, İctimai Xəbər Agentliyinin,
AZADTV və MİLLİMƏCLİSTV saytlarının təsisçisi, baş redaktoru