Zed nəslin nümayəndələri

“Z”nəslin nümayəndələri

Zed nəslin nümayəndələri kimlərdir?

"Generation Z" təqribən 1997-2012 - ci illərdə dünyaya gələn insanlar üçün istifadə edilən termindir. Onları həmçinin “zumer” deyə də adlandırırlar. İlk dəfə amerikalı tədqiqatçılar Nil Hov və Villiam Ştraussun nəzəriyyəsi əsasında bu termin bizim dilimizə də artıq gəlib çatıb.

“Z “nəslinin uşaqları çox sürətli, iddialı, müstəqilliyi sevəndirlər. Qadjetləri yaxşı bilir, çoxları məktəbdə oxuyarkən artıq  internetdən pul qazanmaq səriştələrinə yiyələnirlər. Bu cür uşaqlar və yeniyetmələr böyüklərin tənqidinə tez tez tuş

gəlirlər. Çünki düşüncələrinin, hərəkətlərinin və əhval ruhiyyəllərinin sürətinə bəzən böyüklərin  çatması çətin olur.

Bu uşaqlar daim “telefonda və ya kompüterdə oturduqlarından”, "TikTok"da, "Instagram"da ," YouTube"da qısa videolara - "reels" lərə baxdıqlarından valideynlər çox əsəbiləşirlər. Onların fikrinə görə indiki uşaqlar hövsələsiz, dayaz düşüncəli və hər şeyi  indi və bu dəqiqə əldə etmək istəyənlərdir. Hər zaman  yenilikləri səvən və bunu ətrafdakılardanda tələb edənlərdir.

Amma bir məqamda var ki,  ”Z” lər  çevik, zəkalı, kreativ, 3D formatında fərqli rakursdan vəziyyətə baxıb verilən hər bir tapşırığa tez bir zamanda yerinə yetirənlərdir.

Tez-tez böyüklərdən "bizim vaxtımızda hər şey fərqli idi" cümləsini eşidirik. Bu cür uşaqlar hansısa dahi yazıçının əsərini  oxuyub başa vura bilmirlərsə, bu o demək deyil ki, onlar savadsızdırlar. Onlar indi audiokitablardan, vidioformat şəklində istənilən görüntülü səsli kitablardan isitifadə edirlər.

Asanlıqla istənilən yazıçının və ya elm xadimi haqqında məlumat toplayıb təqdim edə bilirlər. "Zoomer uşaqlar" həqiqətən internetdə çox vaxt keçirirlər, onlayn ünsiyyət qururlar, canlı tanışlıqlara və ünsiyyətə az üstünlük verirlər.

Müasir həyatın üstünlükləri olsa da, bəzi çətinlikləri də mövcuddur. Bu zamanədə bir çox valideyn uşaqları ilə kifayət qədər vaxt keçirmir, ən əsası isə onlar ilə az ünsiyyət qururlar, müzakirələr aparmırlar, onlar ilə məsləhətləşmirlər. Buna görə də uşağın daxili tənhalığı onu internetdə daha çox olmağa sövq edir.

"Zumer uşaqlar"ın öz fikirləri var və onlar öz fikirlərini  söyləməkdən çəkinmirlər, açıqsözlü və  manipulyasiya etməyi çox sevirlər.

"Z nəsli"n nümayəndələri, xüsusən  yeniyetmələri nə istəyirlər? Onlar öz hədəfləri ilə çox fərqli bir dünyada yaşayırlar. Onlar üçün rəqəmsal xidmətlər və informasiya texnologiyaları gündəlik həyatın ayrılmaz hissəsidir. Onların peşə olaraq seçdikləri nələrdir? İT kompüter mühəndisliyi, fashion interyer - dizayn, elm, tibb və həmçinin aşpazlıq ilə bağlı peşələrə üstünlük verirlər. Bir çoxları blogger olmaq arzusundadır.


Klinik psixoloq 

Nigar Cəbrayılova