Təbrik edirik!
05-okt, 11:35 199 Gündəm / TəhsilOxumuşların sayı çox olan ölkələrdə təfəkkür sahiblərinin sayı da çox olur. Təfəkkür sahiblərinin çox olduğu ölkədə isə xalq, millət, dövlət həyatın hər bir sahəsində inkişaf edir, tərəqqiyə çatlr. İnsanlığın yalnız bir düşməni var-savadsızlıq və ondan yaranan nadanlıq.
Mənəviyyatımızın banisi Hz. Məhəmməd( s.ə.s.) elmi, təhsili, müəllimlik peşəsini, müəllimi Tanrının ən böyük ucalığına qaldırmış, müqəddəs ucallqda tutmuşdu.
Müəllim cəmiyyətin görən görən gözü, vüran ürəyi, döyünən qəlbidi. "Millətləri yalnız müəllimlər xilas edə bilər" söyləyirdi böyük Atatürk. Çünki müəllim insanlığı aydınlığa çixaran işıqdlr. Çünki müəllim insanlığın ruhunun tərbiyəçisidir.
Fərdi insanlığa ucaldan, onu qəhrəman, alim, peşəkar edən müəllim və onun verdiyi savaddı. Biz şagirdlər, tələbələr müəllimlərin həzm etdikləri ilə qidalanırıq.
Cünki öyrənə öyrənə, biliklərimizi artıra artıra ustad oluruq, müəllimlərimizə borcluyuq uğurlarımızı əsil müəllim vuran yerdə güllər bitər, cənnət yaranar.
5 oktyabr- Beynəlxalq müəllim günüdü. Bu nümunəvi təhsil ocaqlarından biri olan,( həm də bu məktəb 1 Qarabağ savaşının şəhidi, Milli qəhrəman Əliyev Ələkbər Həsən oğlunun mübarək adını daşıyır).
Bakı şəhər Xətai rayonu 204 nömrəli tam orta məktəbdi. Biz, Siyasət və Gerçək uğur" araşdlrmalar mərkəzinin komandası olaraq məktəbin direktoru Rəfail Mehdiyevi və onun rəhbərlik etdiyi dəyərli müəllim kollektivini ürəkdən təbrik edirik.Sizi bu çətin və şərəfli peşədə daim mükafatlandirilanlardan olasınız.
Biliklə, savadla yüksəlir insan, bu qoşa qanadla hörmət taparsan.
Təbrik edirik!
Hörmətlə,
Hürü Hacızadə
Yazıçı-publisist.
Fərid Faiqoğlu
AJB-nin üzvü