Nə qədər ki, Azərbaycan xalqı, dövləti var, qəhrəmanlarımız yaşayırlar və yaşayacaqlar!
10-okt, 15:16 92 Gündəm / Cəmiyyət8 oktyabr 2023-cü il tarixində, Azərbaycan Respublikası Beynəlmiləl Əlil Döyüşçülər Fondunun Binəqədi rayon şöbəsinin sədri Hacı Teymur Sərdar oğlunun təşkilatçılığı ilə, Azərbaycan Silahlı Qüvvələrinin gizir şəhid Huseynov Ramin Qudrət oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü günü münasibəti ilə Binəqdi rayon, Biləcəri qəsəbəsində mərasim keçirildi.
Mərasimdə iştirak edən Binəqədi rayon icra başçısı Elxan Allahverdiyev, icra başıçının muavini Sevinc Məmmədova, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi polkovnik Nicat Həsənov, şəhid ailləri, şəhidin qazi döyüş yoldaşlar və digər qonaqlar iştirak edərək şəhidimizin ailəsinə dərin hüznlə baş sağlığı verəriblər.
Mərasimdə iştirak edən, Azərbaycan Respublikası Beynəlmiləl Əlil Döyüşçülər Fondunun 1-ci vitse-prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin, Qarabağ müharibəsinin veteranı, Azərbaycan bayrağı ordeninə təltif olunmuş ehtiyatda olan polkovnik Hikmət Ağayev çxış edərək şəhid ailələrinə və mərasimdə iştirakçılarına bir komandir kimi, onun tabeyçiliyində xidmət etmiş əskər və zabitlərin mənfur erməni düşmənlərinə qarşı necə qəhramanlıq, şücayyət göstərərək şəhidlik zurvəsinə ucalmalarının canı şahidi olduğunundan danışdı.
Hikmət Ağayev çıxışının sonda xususi ilə vurğuladı ki, təmsil etdiyi Azərbaycan Respublikası Beynəlmiləl Əlil Döyüşçülər Fondunun yaranan gündən əsas məqsədi və amalı ondan ibarətdir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, müharibə əlillərinin və veteranlarının xatirəsi daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz!
Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar.
Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunaraq nəsildən-nəsilə nümünə göstərilməlidirlər.
Nəqədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var, bu qəhramanlarlmız yaşayırlar və yaşayacaqlar!
Mərasimdə itirak edən şəhidin döyüş yoldaşları və digər qonaqlar çıxış edərək, Vətən muharibəsi şəhidi gizir Huseynov Ramin Qudrət oğlu ilə bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda cəmi şəhid olmuşlara Allahdan rəhmət dilədilər.