Qəzənfər Niftəliyevin rəhbərlik etdiyi şirkətdə külli miqdarda pul mənimsəməsi var. Kimdir MÜQƏSSİR? - MÖVQE
26-okt, 17:28 100 Gündəm / Cəmiyyət“Zeferyolu.az” xəbər verir ki, bir müddət bundan öncə dövrü mətbuatda “İpək Yolu MMC-nin əlmakını talayan mühasib kimdir? İDDİA” başlıqlı yazı dərc olunmuşdur. Gedən prosseslərlə tanış olduqdan sonra jurnalist araşdırması etmək qərarına gəldik. Atalar yaxşı deyib ki, yalanla, o biri pis əməlin ömrü 40 gün çəkər. Amma nəzərə almalıyıq ki, indi sürət əsridir, gizlinlərin üstü tez açılır, fırıldaqçılar tez ifşa olunur... İlk əvvəl mövzuyla tanış olanda doğurdan da insanın inanmağı gəlir, amma – amması odur ki, şirkətin rəhbəri Qəzənfər müəllimin iddiasına görə şirkətdə əvvəllər mühasib işləyən Məmmədova Rəfiqə Əşrəf qızı güya müxtəlif formalarda şirkətin nə az, nə çox 350-400 min manat civarında pulunu mənimsədiyni və oğurladığnı israrla bildirir. Tutaq ki, mühasib bu pulları mənimsəyirdi, bəs ay Qəzənfər müəllim o pulları mənimsədiyi vaxt sən harda idin? Nə işlə məşğul idin ki, şirkəti talan edirdilər.
Buradan belə başa düşülür ki, Qəzənfər müəllim şirkətdə olan pul mənimsəmə halının kiminsə adına ləkə yaxmaqla canını qurtarmaq istəyir. Düşünüb ki, bunu ancaq vaxtı ilə şirkətdə çalışmış mühasibin adına çıxardıb cəmiyyətdə ifşa etsin. Özü isə atalar demişkən "Aydan arı sudan duru" – heçnədən xəbəri olmamış kimi özünü göstərsin.
Amma atalar demişkən, gec olsun, güc olsun... Bəli, bu gün saytlarda Qəzənfər Niftəliyev əməlləri ilə bağlı maraqlı yazılar dərc etdirir. Qəzənfər Niftəliyev timsah kimi göz yaşları tökərək müxbiri inandırmağa çalışırmış ki, mən zərəçəkənəm.
Deməli, Qəzənfər Niftəliyev pul verərək jurnalistlərə böhtan dolu yazılar yazdırır və bu yazılarla qarşı tərəfi təhdid edərək “haqqı” tələb edir. Hətta jurnalistlərə deyir ki, nə qədər çox pul ala bilsəm, sizə mükafat verəcəm. Bu gün yayılan yazının sonunda ciddi eyham vurulur, ANONS edilir və daha nələr, nələr...olacağı barədə...
Araşdırmalarımız davam edir, “İpək Yolu” şirkətində daha nələr baş verir? Sizi tanış edəcəyik.
Bizi izləyin…
Sonda onu da qeyd edək ki, dünyada İlahi Ədalətin mövcudluğuna və hökmən öz yerini tutacağına həmişə inanmışam!
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.