Azərbaycan XİN rəhbəri Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilir ki, gündəliyə Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. mövzular daxil edilib.
 

Mövzu ilə əlaqədar