EHTİRAMLA ANIRIQ
12-dek, 11:41 96 Gündəm / CəmiyyətMüdriklərin işıqlı idrakından süzülərək hasil olan qənaətə görə, insanın əsl ömrü xatırlandığı qədərdir. O da ola bütöv həyatını, varlığını xalqına, vətəninə həsr etmiş tarixi bir şəxsiyyət - Heydər Əliyev! Parlaq xatirəsini ehtiramla, rəhmətlə yad edirik!
Dövlətçilik məfkurəsi Azərbaycan Bayrağının ucalığı olan ümummilli lider, xilaskar öndər Heydər Əliyevin yaddaş aynamızda məna siqləti ilə bərq vuran "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" deyimi qutsallıq məqamında olan məslək-məramın ifadəsi, bəyanı və mənəvi bir yoldur. O yol ki, Zəfərimizə başlangıc oldu...
Dühasından söküldü dan,
Şəfəqləndi Azərbaycan.
Önümüzdən ötdü duman…
Günəş, nurdur Heydər yolu!
Uca olur xalqla rəhbər;
Gəlişiylə müjdə, xəbər…
O, xalq dedi, xalqsa Heydər!
Məslək, hürdür Heydər yolu!
Uca bayraq şöləsində,
Himnimizin gur səsində,
Hər sözündə, kəlməsində
Qutsal, pirdir Heydər yolu!
Əzəməti - el qüvvəti,
Dəyanəti - ər qüdrəti,
Vətən adlı qüdsiyyəti
Şan, qürurdur Heydər yolu!
Gedənindir - yol deyiblər,
Özü yoldur Ulu Öndər!
Nəsil-nəsil yol gedilər…
Bu yol birdir - Heydər yolu!
Tapdıq ƏLİBƏYLİ