Sədr: “Fransa və Niderlandda Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri dövlət qeydiyyatından keçirilib”

“Xarici ölkələrin əksəriyyətində Qərbi Azərbaycan İcmasının nümayəndəliklərinin yaradılması nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu il xarici ölkələrə etdikləri səfərlər zamanı xaricdə kifayət qədər Qərbi Azərbaycandan olan şəxslərin yaşadığının şahidi olublar:
“Artıq bir sıra ölkələrdə bu istiqamətdə tədbirlər keçirmişik. Xüsusən Türkiyənin Ankara, İğdır, Qars, Manisa ərazilərində Qərbi Azərbaycandan köçmüş şəxslər var. Həmin şəhərlərdə festivalların keçirilməsi nəzərdə tutulub. Biz fəaliyyətimizi Avropa ölkələrində də davam etdirəcəyik. Artıq Fransada və Niderlandda Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri rəsmi olaraq dövlət qeydiyyatından keçirilib. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.